Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Araşdırma / Deputatla kənd sakinləri arasında nə baş verib? – Video

Deputatla kənd sakinləri arasında nə baş verib? – Video

81 saylı Beyləqan seçki dairəsini təmsil edən deputat  Şahin İsmayılovun rayonun Kəbirli kəndində seçiciləri ilə görüş zamanı baş vermiş narazılıqla bağlı videgörüntülər yayılıb.

Unikal.org saytında yayılmış videoda seçicilər deputatın fəaliyyətindən narazı olduqlarını dilə gətiriblər. Eyni zamanda, bildiriblər ki, bu günə kimi millət vəkilinə yazdıqları ərizələr müsbət istiqamətdə həllini tapmayıb.

“ Azinforum.az ” məsələylə bağlı Ş. İsmayılovla əlaqə saxlasa da, zənglərimizə cavab verməyib. 

Sözügedən kəndin icra nümayəndəsi Bakir Ağayev isə saytımıza bildirib ki, ötən gün kənddə şəhid bulağının açılışı olub: “Həmin açılışda da şəhid ailələri iştirak edirdilər. Bizim kənd Vətən müharibəsində 17 şəhid verib. Ailələr deputata narazılıq etdilər ki, müharibə günlərində Şahin İsmayılov onlarla maraqlanmayıb. Ona görə də deputatdan kənddən çıxıb getməsini istədilər”.

Həmçinin oxuyun

Bu içkilər xəstəlik simptomlarını ŞİDDƏTLƏNDİRİR ARAŞDIRMA

ABŞ-ın Boston şəhərindəki Brigham və Qadın Xəstəxanasında Romatologiya, İmmunologiya və Allergiya şöbəsinin tədqiqatçıları qazlı içkilərin …