Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Deputatın Yessentukidə tikdirdiyi sanatoriya 25 milyon dollara başa gəlib

Deputatın Yessentukidə tikdirdiyi sanatoriya 25 milyon dollara başa gəlib

Azərbaycanın “Atef-Russ” şirkəti Həştərxanda investisiya həcmi təqribən 18 milyon dollar təşkil edən zavod tikir

Azərbaycan-Rusiya İşgüzar Şurası RF subyektləri ilə fəal əməkdaşlıq etməyə hazırdır. “Trend”in məlumatına görə, bunu Şuranın İdarə Heyətinin sədri Səməd Qurbanov Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının genişləndirilmiş iclasında deyib.

S.Qurbanov qeyd edib: “Biz böyük məmnuniyyətlə Rusiya Federasiyasının bütün subyektləri ilə əlaqələr qurmağa və Azərbaycanın işgüzar dairələrinin bu regionlara investisiya yatırılmasına marağını stimullaşdırmağa hazırıq”.

O bildirib ki, son vaxtlarda İşgüzar Şuranın üzvləri tərəfindən və bilavasitə şuranın köməyi ilə Rusiya subyektlərində bir sıra iri layihələr həyata keçirilib: “Yessentuki şəhərində Azərbaycanın ”Karat Holdinq” şirkəti tərəfindən investisiya dəyəri 25 milyon dollar olan sanatoriya-kurort mərkəzi istismara verilib. Bundan başqa, Azərbaycanın “Atef” şirkəti Həştərxan vilayətində “Lotos” xüsusi iqtisadi zonasının ilk xarici rezidenti olub. Artıq elektrotexnika avadanlıqları zavodunun tikintisi gedir, investisiya həcmi təqribən 18 milyon dollar təşkil edir”.

Essentuki ile ilgili görsel sonucu

Qeyd edək ki, “İstoçnik” adlı sanatoriya 2016-cı ilin yayında açılıb. Tikintiyə 1,5 milyard rubl xərcləndiyi bildirilir. Sanatoriyanın açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov və digər rəsmi şəxslər iştirak ediblər.

Eyni vaxtda 400 nəfərin müalicə ala biləcəyi bu sanatoriya “Holiday Inn.” şirkətinin layihəsi əsasında tikilib.

“Karat” MMC deputat Əsabil Qasımov tərəfindən yaradılıb və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti vəzifəsini daşıyıb. “Karat MMC” 2008-ci ildən Mənzil Tikinti Kooperativi kimi də qeydə alınıb. 2006-cı ildən isə “Karat MMC”-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Əsabil Qasımov deputat seçiləndən sonra onun oğlu Taleh Qasımov və yaxın qohumları Umud Umudov və Qərib Əmiraslanov həyata keçirsə də, faktiki rəhbərliyi və nəzarəti yenə də Milli Məclisin deputatı Əsabil Qasımov həyata keçirir.

Əsabil Qasımov ile ilgili görsel sonucu

Deputat seçilənə qədər sahibkarlıq fəaliyyətlə məşğul olan deputat Əsabil Qasımovun biznes şəbəkəsinə iri şirkətlər daxildir. Bu sırada “Karmen”un və makaron məmulatlarının istehsalçısı qismində çıxış edən “Karat” dəyirmanını, “Dimes” meyvə şirələrini istehsal edən konserv zavodunu, mərkəzdə hündürmərtəbəli binalar inşa edən tikinti şirkətini və s. göstərmək olar. Hazırda oğlu Taleh Qasımov tərəfindən idarə olunan “Karat Holdinq” özəl sektorda öz mövqelərini günü-gündən gücləndirir.

Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputatdır, YAP-ın üzvüdür.

Azərbaycanın “Atef-Russ” şirkəti “Lotos” isə rezident statusu almış ilk şirkətdir. Elektrik mühərrikləri və elektrik detalları istehsal edən zavodun tikintisi bu il başa çatmalıdır. Bu məhsullar Rusiya bazarında təqdim edilib və onlara tələbat var. Rusiyada bu cür mühərriklər yoxdur və bu, Rusiya müəssisəsi olacaq. Layihəyə əsasən, burada ildə təxminən 2 min dəst (3-6 min ton) müxtəlif tipli transformatorlar istehsal edilməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …