Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / Deputatın oğlu turistləri DÖYÜB?

Deputatın oğlu turistləri DÖYÜB?

Bu gün bəzi mətbuat orqanlarında Lerikin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Məmmədovun dekabrın 31-də “Relax” istirahət mərkəzində dava salması ilə bağlı məlumat yayılıb.
Qeyd edilib ki, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə “Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb. İddia olunur ki, deputatın oğlu butulka ilə iranlının birinin başına zərbə endirib, digərini isə möhkəmcə döyüb.
Milli Məclisə 78 saylı Lerik seçki dairəsindən deputat seçilən  İqbal Məmmədov Modern.az-a açıqlamasında məlumatı təkzib edib.
Deputat bildirib ki, bayram günlərində özü də “Relax”da olub və yayılan məlumat həqiqətəuyğun deyil:
“Mən özüm də orada olmuşam, ailəvi bayramı rayonda qeyd etmişik. Oğlum heç kəslə dalaşmayıb və deyilənlər yalandır. Əgər belə bir şey olubsa, hüquq-mühafizə orqanları var. Özbaşınalıq deyil ki, kimsə kimisə döysün. Oğlum Türkiyədə təhsil alır. Bayramı bizimlə keçirdikdən sonra yenidən Türkiyəyə qayıdıb”.
moderator.az

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …