Ana səhifə / Araşdırma / Deputatın obyektindən 50 minlik qızıl oğurlandı

Deputatın obyektindən 50 minlik qızıl oğurlandı

Bakının Səbayel rayonunda yerləşən Mərkəzi Univermaqdan oğurluq edilib.

“Report” xəbər verir ki, həmin univermaqda qızıl alqı-satqısı ilə məşğul olan Vidadi Rəhimov satış üçün nəzərdə tutulan, dəyəri 50 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.

İlkin araşdırmalar zamanı qızılların Vidadi Rəhimovun satıcısı Sevda Qəhrəmanova tərəfindən götürüldüyü məlum olub.

Faktla bağlı Səbayel Rayon Polis İdarəsinin (RPİ) 9-cu polis bölməsinin əməkdaşları araşdırmaları davam etdirir.

Xatırladaq ki, Mərkəzi Univermağın sahibi deputat Ərəstun Cavadovdur.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın