Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Deputatın 6 villası Göyçayı iki yerə böldü – AĞIR İTTİHAM

Deputatın 6 villası Göyçayı iki yerə böldü – AĞIR İTTİHAM

Göyçay çayını və rayonun böyük bir hissəsini viran qoyanlar məsuliyyətə cəlb edilir. İddialar var ki, rayonun iki yerə ayrılmasında müxtəlif qum-çınqıl şirkətləri ilə yanaşı deputat Elxan Süleymanovun da ”əməyi” olub.
Ucar rayon sakini Azər Purqafari Criminal.az saytına bildirib ki, Elxan Süleymanov bir müddət əvvəl öz şəxsi biznesini gücləndimək məqsədi ilə Göyçay rayonunda 500 ailənin iş yerini qapadaraq çörəyinə bais olmuşdu:
”Bu dünyada analoqo olmayan bir özbaşınalıq, qanunsuzluqdur…”
”Belə ki, Göyçay rayon ərazisində 10 yerdə qum-çınqıll karyerini Elxan Süleymanov bağlatdırıb. Bu isə 500 ailənin çörəksiz qalması və dövlətə ödənilən küllü miqdarda verginin qarşısını almaq deməkdir. Əslində həmin kariyerlər qanunu fəaliyyət göstərirdi. Ancaq Elxan Süleymanov özünə məxsus Qəbələ rayon ərazisində yerləşən kariyerin məhsullarının satışını sürətləndirmək üçün Göyçay rayonunda yerləşən 10 kariyerin fəaliyyətini dayandırmağı qarşısına məqsəd qoydu və nail oldu. Guya Elxan Süleymanov təbiətin qayğısına qalır, gələcəkdə yaranacaq təhlükənin qarşısını almağa çalışır”.
”Cinayət işinə Elxan Süleymanovun özü cəlb edilməlidir”
Şikayətçi iddia edir ki, təbiətin qayğısına qalmaq imicini formalaşdıran Elxan Süleymanov elə əslində özü təbiətin düşməni hesab edilməlidir: ”Çünki Elxan Süleymanov Göyçay çayının düz ortasında 6 möhtəşəm villa inşa etdirib. Hətta həmin villaları elə inşa ediblər ki Göyçay çayı həyatyanı sahəyə düşüb. Bu isə dünyada analoqo olmayan bir özbaşınalıq, qanunsuzluqdur ki, bunu məhz adına millət vəkili deyilən Elxan Süleymanov edib. Elxan Süleymanovun bu vilları inşa edilən zaman çayın hövzəsi daraldırıb ki, nəticədədə bu gün Göyçay rayonunda körpünün uçması baş verib. Belə yaramaz işlərə görə Göyçay körpüsü uçub. Bunun səbəbinin birini isə başa Elxan Süleymanovun çayın ortasında inşa etdirdiyi villalarda axtarmaq lazımdır. Buna görə başlanılmış cinayət işinə Elxan Süleymanovun özü cəlb edilməlidir”.
”Elxan Süleymanov 6 möhtəşəm villalarını Göyçay çayının düz ortasında inşa etdirib”
A.Purqafari sual edir ki, Göyçay çayında fəaliyyət göstərən 10 qul-çınqıl kariyerinin fəaliyyəti qanunsuzdusa, bəs Elxan Süleymanova məxsus Qəbələ rayonundakı kariyer necə qanunu fəaliyyət göstərə bilər: ”Göyçay çayının uzunluğu 110 km dən çoxdur. Qanuna əsasən uzunluğu 100 km-dən çox olan çayın mühafizə zolağı 300 metr olmalıdır. Elxan Süleymanov isə 6 möhtəşəm villalarını Göyçay çayının düz ortasında inşa etdirib. Həmin villaların 6 hektar həyatyanı sahəsi var. Həmin villalar yerləşən ərazidə Göyçay çayının körpüsü də əhatəyə alınıb. Hansı ki, bu gün selə görə körpü uçması nəticəsində alternativ kimi həmin körpüdən istifadə etmək olardı”.
”Onun deputat toxunulmamazlığı ləğv edilib barəsində qanunu tədbirlər görülməlidir”
Şikayətçi deyir ki, bütün baş verənlər Elxan Süleymanovun öz biznesini gücləndirməsinə və süni bahalaşma yaranmasına xidmət edir: ”O, öz biznesini gücləndirmək məqsədi ilə Göyçayda 10 ədəd qum-çınqıl kariyerini bağlatdırmaqla süni bahalaşmaya nail olub. Əvvəl bir maşını 30-40 manata olan qum indi 300 manata Elxan Süleymanova məxsus kariyerdə satılır. Ətraf rayon sakinləri məcbur olub Elxan Süleymanova məxsus kariyerdən qum-çınqıl alırlar. Bilmək olmur Elxan Süleymanov mülkədardı yoxsa millət vəkili ? Elxan Süleymanovun qanunsuz əməlləri araşdırılmalı, deputat toxunulmamazlığı ləğv edilib barəsində qanunu tədbirlər görülməlidir. O,  Şamaxı rayonundan deputat seçiləsə də, Göyçay rayonunda doğulub.
Onun Göyçayda obyektləri, villalar qanunsuz inşa edilib. Öz gözündə tiri görməyib özgə gözündə tük axtaran Elxan Süleymanovun Göyçay şəhərindəki böyük ticarət obyektini Göyçay İnternat məktəbinin həyətində qanunsuz olaraq inşa edilib. Hər il dövlətə küllü miqdarda vergi ödəyən və 500 ailəni işlə təmin edən 10 qum-çınqıl kariyerinin bir nəfər işbaz deputatın göstərişi ilə bağlamaqla dövlətə və vətəndaşlara küllü miqdarda ziyanlar vurub.
İnanırıq ki, bu faktlar araşdırılacaq Göyçay çayının mühafizə zolağında qanunsuz 6 villa inşa etdirmiş, özünə məxsus Qəbələ rayonunda yerləşən kariyeri işlətmək məqsədi ilə 500 ailənin iş-çörək yeri olan Göyçayda 10 ədəd qum-çınqıl kariyerini bağlatdıran Elxan Süleymanovun barəsində ciddi tədbirlər görüləcək və onun çirkin niyyətinə çatmasının qarşısını alınacaq”
Məsələ ilə bağlı E.Süleymanovla əlaqə saxlamaq cəhdlərimiz baş tutumadı. Səsləndirilən ittihamlarla bağlı deputatın mövqeyini öyrənməyə çalışacağıq.







Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …