Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Araşdırma / Deputat Sona Əliyeva mərhum atasının bütün əmlakını adına keçirib?

Deputat Sona Əliyeva mərhum atasının bütün əmlakını adına keçirib?

Bu günlərdə Şəmkir kənd seçki dairəsindən deputat, həmin rayonun icra hakimiyyəti başçısının müavini olmuş Sona Əliyeva barədə saytlardan birində sensasion şikayət yer alıb. Şikayətçi isə özgəsi yox, deputatın anası Bəşirə Əlieya idi.

Belə ki, “AzPolitika” portalına müraciətində deputatın anası qızının ünvanına ciddi ittihamlar irəli sürüb. Qadın deyib ki, qızı onun ərinin-Şəmkirdə biznes fəaliyyəti ilə məşğul olan və bu yaxınlarda vəfat edən Sakit Əliyevin bütün əmlakını ələ keçirib. Bu əmlakdan qardaşlarına və anasına heç nə buraxmayıb.

Həmin xəbərdə deyilirdi ki, S.Əliyevanın atası Sakit Əliyev Şəmkirin tanınmış iş adamlarından, nüfuzlu ağsaqqallarından biri olub. Sayt yazıb:“Bu yaxınlarda uzun sürən xəstəlikdən sonra vəfat edən S.Əliyevin xeyli malı-mülkü qalıb. Nə qədər qəribə də olsa, bu gənc xanım atasının mal-mülkünə təkbaşına sahib olmaqdan ötrü, ailəsinin rayondakı hörmətini, uzun illər ərzində qazandıqları ad-sanı, eləcə də deputat kimi özünün nüfuzunu zərbə altında qoymaqdan çəkinməyib. İşi o səviyyəyə gətirib ki, anası və qardaşı Sona Əliyeva tərəfindən qəsb edilən haqlarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalıblar. Ancaq bu da deputatı öz yolundan döndərməyib. O, səhvini anlamaq və ailəsinin haqqını özünə qaytarmaq əvəzinə “mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” deyə, bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə “ağlını itirməkdə” ittiham edib, onu evindən qovub. Millət vəkilinin gözüyaşlı anası Bəşirə xanım Əliyeva “AzPolitika.info”ya müraciət edərək, bütün bunlar haqda ətraflı danışıb. “Məni aldadıb, etibarımdan sui-istifadə edərək rəhmətə gedən həyat yoldaşımın bütün mirasına təkbaşına yiyələnib”-deyə Bəşirə xanım deputat qızından şikayətlənib”.

Sayt anons edib ki, Bəşirə Əliyevanın şikayətini bütün təfərrüatları ilə daha sonra oxuculara çatdıracaq. Ancaq bu təfərrüatlar dərc edilməyib, hərçənd xəbəri bir çox saytlar dərhal tirajlayıblar.

Sona Əliyevanın atası Sakit Əliyev Şəmkirdə “Sərxan” otelinin, “Murovdağ” şadlıq sarayının və bir çox digər kommersiya daşınmaz əmlakın sahibi olub. Bu mülkləri onun oğlu Asif Əliyev idarə edirdi.

Gözləmək olardı ki, deputat Əliyeva anasının onun ünvanına irəli sürdüyü həmin ciddi ittihamlara münasibət bildirəcək. Lakin deputat bir neçə gün sükut nümayiş etdirib. Nəhayət bu gün Sona Əliyeva anasının adından yazılanları “uydurma” adlandırıb.

“Mən hazırda xaricdəyəm. Bütün bu iddialar uydurmadır, qardaşım məsələyə aydınlıq gətirəcək”-deputat “Qafqazinfo” portalına bildirib.

Sona Əliyevanın qardaşı, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev isə “Qafqazinfo”ya açıqlamasında artıq problemin həll edildiyini deyib: “Bizim ailəmizdə heç bir narazılıq, problem yoxdur. Hər şey qaydasındadır. Mən o işlərə qarışmıram, xırda bir münaqişə olub. O da həll edilib. İşimlə bağlı başqa evdə oluram, həmin evdə qalmıram. Anam, bacım və qardaşımla aramızda heç bir problem yoxdur”.

Həmçinin oxuyun

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib. …