Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Araşdırma / Deputat daha bir sanatoriya alıb –FOTOLAR

Deputat daha bir sanatoriya alıb –FOTOLAR

Milli Məclisin deputatı Əsabil Qasımov Jeleznovodsk və Kislovodskdakı “İstoçnik” sanatoriyalarının ardınca Rusiyada daha bir sanatoriya alıb. Azinforum.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.  

O bildirib ki, deputat bu dəfə Kislovodskdakı köhnə “Voronej” sanatoriyasına müştəri çıxıb və auksionda ona 356,3 milyon rubl, yəni 6,5 milyon dollar təklif edib. “Müştəri qismində Əsabil Qasımovaun Stavropoldakı EKSPO MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО “Экспо”) auksionda iştirak edib. Bu şirkət 17 fevral 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib”.

Araşdırmaçı jurnalist vurğulayır ki, təsisçiləri Əsabil Qasımovun “Karmen” Məhdud Məsuluyyətli Cəmiyyəti (8 000 rubl və ya 80%) və deputatın digər şirkəti Aqros MMC-dir. (ООО “АГРОС”, 2 000 rubl və ya 20%).

“Voronej” sanatoriyası 2015-ci ilin iyunundan satışa çıxarılıb və əvvəlki iki hərracda ona müştəri çıxan olmayıb. “100 nəfərlik qonaq tutumu olan sanatoriyanın 2017-ci ildə xalis gəliri cəmi 918 min rubl təşkil edib. Bu o deməkdir ki, həmin göstəricilərlə deputat sanatoriyaya yatırdığı investisiyanı 388 ilə qazana bilər. Yəni tarixin ən bərbad investisiya layihələrindən biri hesab oluna bilər”.

Həmçinin oxuyun

Sentyabrda Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb

Bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 118 mənzil alıblar. Türkiyə Statistika İdarəsinin verdiyi məlumata …