Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Dedilər, Ukraynada görüşdüyün qızın əri həbsdən çıxıb, 250 min gətir” – MƏHKƏMƏ

“Dedilər, Ukraynada görüşdüyün qızın əri həbsdən çıxıb, 250 min gətir” – MƏHKƏMƏ

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-nin daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə zərərçəkənlərin ifadələri üzrə müzakirələr aparılıb.

Zərərçəkmiş Maqsud Mahmudov ifadə verərək deyib ki, 2015-ci ildə A.Mehdiyev tərəfindən MTN-ə çağırılıb və Ukraynada bir qadınla görüşməsinin onun və qızın ailəsinə deyəcəklərlərini bildiriblər: “Əvvəl məni terrorçuluqdu ittiham etdilər, sonra belə hədələyib 250 min manat istədilər. Dedilər görüşdüyün qızın əri həbsdən təzə çıxıb. O qız həm də Bakıda zərgər işləyir. Azər Mehdiyev dedi ki, 10 gündür telefonlarımı dinləyiblər. Tələb olunan pulu hissə-hissə düzəldərək Azərə verdim”.

General E.Quliyev deyib ki, M.Mahmudov casusluqla bağlı MTN-ə çağırılıb: “Onun Ukraynada Maydanda Azərbaycan bayrağını başının üstünə qaldırdığı formada fotosu var idi. Bu da diqqətimi çəkmişdi. Ondan heç bir pul almamışıq”.

M.Mahmudov Qurani-Kərimi uzadaraq and içməsini istəsə də, general bundan imtina edib.

E.Quliyev əlavə edərək deyib ki, M.Mahmudovun nazirliyə çağırılmasından keçmiş nazir Eldar Mahmudovun də xəbəri olub: “Göstərişi o vermişdi. Mən yuxarı vəzifəli şəxs olmuşam, bu işlə bağlı daha aşağı vəzifəli şəxslər mənə çıxıb. Onların bura gəlməsini istəyirəm”.

M.Mahmudov deyib ki, E.Quliyev vəfat edən pokkovnik İlqar Əliyevin ifadəsində ondan alınan pulun 70 min manatının keçmiş nazir Eldar Mahmudova verilməsini dolayı yolla təsdiqləyib.

MTN generalı isə İ.Əliyevin ifadəsini “prokurorluğun quraması” adlandırıb.

Digər zərərçəkən Sahib Qurbanov da ifadə verərək ondan hədə-qorxu ilə pul alındığını deyib.

E.Quliyev S.Qurbanovun da yalan danışdığını deyib.

Bunun ardınca Xəzər rayon icra hakimiyyəti başçısının keçmiç müavini Heydər Ələkbərov ifadə verib.

Məhkəmə prosesi mayın 18-də davam etdiriləcək.(Qafqazinfo)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın