Ana səhifə / Araşdırma / “Dedi ki, bir də mal vursam, özümü asacam, 4 ay sonra asdı” – VİDEO

“Dedi ki, bir də mal vursam, özümü asacam, 4 ay sonra asdı” – VİDEO

“Mal bişirirdilər, dedim, 4-5 dəfə vurmuşam, mənə də verdilər”

ARB TV-nin “Rezonans” verilişində bu dəfə narkotik alverçisi olan məhbus həyat hekayəsini danışıb.
Narkotik alverçisi (11 il): “Əvvəllər nəşə çəkirdim. Sonra elə bir ətrafa düşdüm ki, hamı narkoman idi. Məhəllədə idim, 17-18 yaşım var idi. 3 dost idik, onlardan biri narkomanlara qoşuldu. Arada nəşə çəkirdik, sonra malvuranlara qoşuldum. Bir dəfə getdim bunlara, gördüm ki, evdə oturub mal bişirirlər. Nəşənin olub-olmadığını soruşdum, dedilər ki, mal var, amma sənə olmaz, 2 nəfərlikdir. Fəxrlə onları aldadıb dedim ki, 4-5 dəfə vurmuşam. Ondan sonra pul verdim, gedib mənə də aldı. Malı vurdum, amma heç nə hiss etmədim və xoşuma gəlmədi. Heyfsləndim o pulu mala verdiyim üçün. Üstündən 1-2 ay keçəndən sonra həmin bu dostumla rastlaşdım. Artıq bu “lomka”daydı. Dedi ki, mal alaq, razılaşdım. Keçən dəfə tiryək götürmüşdük, bu dəfə heroin vurduq. Vurandan sonra yenə xoşuma gəlmədi. Sən demə, artıq, mən mala oturmuşam və hiss etmirəm. 3-4 gün dalbadal vurdum, hələ “lomka”nın nə olduğunu bilmirəm. Sonra gördüm ki, yorğun kimiyəm, anladım “lomka”da olduğumu”.
Daha sonra o, necə satıcı olmasından da söz açıb: “3 il mal vurdum, 1 ilini işləyib, 2 ili də müştərilərimdən. Malvuranlığdan satıcılığa ona görə keçirsən ki, “lomka”ya düşməyəsən. “Lomka”dan elə qorxursan ki, heç valideynlərindən elə qorxmursan. Məsələn, 2 xəstə malvuran tanış olanda, əli satıcıya çatmayanda gedib onlardan pulu götürüb mallarını verirdim. Bu yüngül versiya idi. Əvvəllər ofisant işləyirdim, sonra işdən çıxdım, narkotik satıcılığına keçdim. İmkanlı adamları, pulu olan gəncləri seçirdim. Onları mala otuzdurub özümə də qazanc götürürdüm. Ailəm 2 il sonra bildi ki, narkomanam. Evdən qaçdım, dedim sağalaram, sonra gedərəm. Narkoman özü də istəyir ki, mal vurmasın. Hamıdan çox özü istəyir, amma dayana bilmir. Satıcı istəyir ki, çox xəstəsi olsun, çox pul gəlsin. Eləsi olur ki, asılı olur, əvvəl puluyla alır, sonra gecənin bir yarısı pul olmurdu, 5-10 minlik qızılını gətirirdi, 100 manatlıq mal verirdim, gedirdi. Amma səhəri gözləsə, o qızılı satıb çox mal ala bilərdi. Dözə bilmir. 37 yaşlı müştərim vardı, məndən mal alırdı. Sonra tutuldu. Həbsdə olanda dedi ki, bir də mal vursam, asaram özümü. Sonra bu həbsdən çıxdı. Üstündən 4 ay keçmişdi ki, onun qardaşı ilə məhəllədə oturmuşduq. Qardaşına zəng gəldi ki, oğlan özünü asıb. Azadlıqdan çıxandan sonra ətrafımı dəyişəcəm. Narkomanlığa qayıtmayacam. Özümə iş tapacam. Daha narkotikə yox deyəcəm!”

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın