Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Dedi ki, artıq vermişəm, 50 manatını qaytardım” – Soyğunçuluq etmək istəyərkən saxlanıldı – VİDEO

“Dedi ki, artıq vermişəm, 50 manatını qaytardım” – Soyğunçuluq etmək istəyərkən saxlanıldı – VİDEO

Abşeron rayonu saray qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.

ARB TV xəbər verir ki, Nizami Abdullayev polis idarəsinə ərizə ilə müraciət edərək bildirib ki, gecə saatlarında naməlum şəxs onun marketinə daxil olaraq 50 manatlıq əskinaz xırdalatmaq istəyib.

Nizami Abdullayev isə bunun üçün pul çıxardarkən həmin şəxs əlindəki əskinazları alaraq qaçıb. Polis əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkumluq həyatı yaşamış 40 yaşlı Asif Axundzadə saxlanılıb.

Asif Axundzadə – Saxlanılan şəxs: “Toydan qayıdırdım. Maşını marketin qabağında saxlayıb, pul xırdalamaq üçün düşdüm. 50 manatı uzatdım. O da 50 manatın əvəzinə, onun üstünə də 50 manatı qoydu. Çıxanda atası üzbəüz çıxıb dedi ki, pulu artıq vermişəm. 50 manatını qaytardım, biraz mübahisə yarandı. Sonra polisə xəbər verdilər, məni gətirdilər bura”.

Abşeron rayon polis idarəsindən verilən məlumata görə bu Asif Axundzadənin törətdiyi ilk cinayət faktı deyil. O, eyni əməli Masazır qəsəbəsindəki marketlərdən birindən də edib. Adı çəkilən şəxsin soyğunçuluq əməllərinin çoxluğu istisna edilmir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın