Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Ded Xasan”ın öldürüldüyü restorandan REPORTAJ

“Ded Xasan”ın öldürüldüyü restorandan REPORTAJ

Moskvanın mərkəzində, Bolşaya Nikitskaya, 55 ünvanında bir restoran yerləşir: “Starıy dvorik”. Bəlkə də bu ad sizə heç nə deməyəcək. Amma onun köhnə adı, “Starıy fayeton”, hə. Sonuncunun adı məhz onun ölümündən sonra dəyişdi. Restoran sahibləri nəhayət anlamışdılar ki, belə-səsli küylü qətldən sonra, özünə hörmət edən heç bir müştəri bu adda restorana ayaq basmayacaq…
…”Stariy fayeton” onun çox sevdiyi məkanlardan idi. Bura, bir də elə bu restorandan az aralıda yerləşən “Karetnıy dvor”. Deyilənə görə, “Kretnıy dvor”a “Şah plov”u yeməyə gedirmiş. Çox xoşlayırmış bu Azərbaycan yeməyini. “Starıy fayeton” isə onun demək olar ki, tez-tez baş çəkdiyi məkanmış.
2013-cü ilin yanvarın 16-sı, saat 12 radələri. Böyük bir mühafizəçi ordusunun müşayiəti ilə nahar etməyə gəlir. Ofisiantlar ayaq üstədirlər. Restoran isə yarıqapalı şəkildədi, kənar adamların içəri buraxılması mümkün deyil. Ənənəvi olaraq onun üçün ayrılmış stolda əyləşir. Əvvəlcə bir stəkan çay içir. Menyu? Onsuz da burada onun nə yediyini hamı əzbər bilirdi. Suda qaynadılmış farel, bir qədəh çaxır, elə restoranını içində quraşdırılmış təndirdən çıxan isti çörək. Menyuda bircə dəyişiklik edilmişdi. Qonşu restorandan “Şah plov” da gələcəkdi. Amma bu onun burada, “Starıy fayeton”da sonuncu naharı idi…
“Buradan saat 3-ə işləmiş çıxdılar. Biz onu qapıya kimi müşayiət etdik. Heç qapını örtməyə macal tapmamış, bayırdan səs-küy qopdu. Qarşıdakı binanın çardağından vurmuşdular. Heç on dəqiqə keçmədi ki, buralar polislə, kriminal avtoritetlərlə doldu. Zarafat deyildi, gör kimi öldürmüşdülər”. Bunu “Starıy dvorik”in adını çəkilməsini istəməyən ofisiantlarından biri deyir. Hə, doğrudan da zarafat deyil, öldürülən nəinki Rusiya, sovet kriminal aləminin xaç atası “Ded Xasan” idi. Milliyyətcə yezidi kürd olan Aslan Usoyan…
…Şəhərin mərkəzində yerləşsə də, əslində çox bahalı yer deyil, “Strayı fayeton”- “Starıy dvorik”. Məsələn, siz, 1 kilo həcmində müxtəlif balıq növlərinin kababını sifariş verə, bunun üçün cəmi 3000 rubl (təxminən 46 manat ) ödəyə bilərsiz. Lülə, tikə, toyuq kabablarından ibarət “assorti”nin 2 kilo yarımı isə sizə 5 min rubla başa gələr. İki nəfərlik sacın qiyməti isə 25 manatdır. Eləcə də müxtəlif cür spirtli içkilər, desertlər… Bir də canlı musiqi.
Böyük biznes imperiyasının sahibi olan “Ded” bura təbii ki, qiymətlərin ucuzluğuna görə gəlmirdi. Bura və “Knyajsakaya usadba” “Ded Xasan”ın həm də necə deyərlər iş yeri sayılırdı. Böyük “razborkalar”, gizli danışıqlar buralarda aparılırdı. Müxtəlif səpgili sifarişlər bu restoranlardan verilirdi. “Ded Xasan”ı sifariş verənlər də bunu gözəl bilirdi. Elə qarşıdakı çardaq da Allah bilir neçə ay əvvəldən planlaşdırılıb gözaltı edilmişdi.
2013-cü il yanvarın 16-a kimi kriminal avtoritetə bir dəfə sui-qəsd olmuşdu. Onda qarnından ağır yaralanan “Ded Xasan”ı həkimlər xilas edə bilmişdilər. İkinci dəfə aldığı güllə yarasından isə cəmi 10 dəqiqə yaşaya bildi. Xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdi.
“Ded Xasan”ı Moskvadakı azərbaycanlılarla təkcə “Karetnıy dvor”da verilən “Şah plov” bağlamırdı. Ətrafında nə qədər erməni, kürd və gürcü “qanuni oğrular” olsa da, o, məhz bir nəfərə etibar edirmiş. Bu da onun şəxsi katibi olan, “Ded Xasan”ın krminal aləmlə bağlı bütün ilişgilərinə cavabdeh şəxs sayılan İlqar Cəbrayılov idi. “Danabaş” ləqəbli İlqar Cəbrayılovu isə “Ded Xasan”dan 9 ay əvvəl elə Moskvanın mərkəzində, avtomobilindəcə öldürdülər. Adətən mühafizə ilə gəzən İlqar bu dəfə maşında tək olub. Görünür, bu barədə məlumatlıymışlar. İlqarın öldürülməsindən sonra “Ded”in mühafizəsi gücləndirildi. Amma bütün bunlara baxmayaraq ona heç nə kömək etmədi.
Maraqlıdır ki, o, ömründə bircə dəfə müsahibə vermişdi, o da ölümündən bir qədər əvvəl. Həmin müsahibədə isə elə beləcə də demişdi: “Biz sakit adamlarıq, sakit şəkildə öz ömrümüzü yaşayırıq, heç kimlə də işimiz yoxdur.
Bu isə çox unikal bir şəkildir. “Ded Xasan”ın sağ tərəfində “Yaponçik” oturub sol tərəfində əyləşən isə “Danabaş” ləqəbli İlqar Cəbrayılovdu. İndi onların hər üçü həyatda yoxdu. Bəlkə də şəkildəkilərin də…
“Starıy fayeton”da isə həyat davam edir, eləcədə “Karetnıy dvor”da… Farel də qaynadılır, “Şah plov”da bişirilir. Əfsanələr isə…dirilmir./lent.az/

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın