Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Dayı 15 yaşlı bacısı oğlunun ölümünə səbəb oldu – AZƏRBAYCANDA

Dayı 15 yaşlı bacısı oğlunun ölümünə səbəb oldu – AZƏRBAYCANDA

Dünən Lənkəranın Ürgə kəndində baş vermiş ağır qəza ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, kənd sakini Söhbət Əsgərovun idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə vurduğu 15 yaşlı Ramal Əsgərov onun bacısı oğlu olub. S.Əsgərov maşını arxaya verərkən diqqətsizlik edib və yeniyetməni divara sıxaraq öldürüb. O, hadisədən sora fikirli olduğunu deyib.

*****

10:26

Lənkəranda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, rayonun Ürgə kəndində “ZİL” markalı, 42 AC 521 dövlət qeydiyyat nişanlı yük maşını 15 yaşlı oğlanı vurub. Ağır xəsarət alan yeniyetmə hadisə yerində keçinib.

Faktla bağlı Lənkəran şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın