Cümə axşamı , May 23 2019
Ana səhifə / Araşdırma / Daşkəsəndə kütləvi dava: 4 yaralı

Daşkəsəndə kütləvi dava: 4 yaralı

Daşkəsən rayonunda baş verən kütləvi dava nəticəsində dörd nəfər xəsarət alıb.

Azinforum.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Əmirvar kəndinin ərazisində baş verib.

Belə ki, Şəmkir rayonunun Könüllü kəndinin sakinləri sürülərini otarmaq məqsədi ilə heyvanlarını Daşkəsən rayonunun ərazisindəki yaylaqlara gətiriblər.

İddiaya görə, yolda heyvanların bir hissəsi Daşkəsən rayonunun Əmirvar kənd sakinləri Alim Alıyev və Fariz Məmmədova məxsus torpaq sahələrinə keçiblər.

Nəticədə çobanlarla torpaq sahibləri arasında yaranan mübahisə münaqişəyə çevrilib.

Kütləvi dava nəticəsində 1990-cı il təvəllüdlü Alim Alıyev beyin silkələnməsi diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Kəllə-beyin travması alan Fariz Məmmədovun vəziyyətinin ağır olduğu və Bakıya göndərildiyi bildirilir.

Daha iki həfərə ambulator yardım göstərilib.

Fakta bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Gürcüstanda yaşayan azərbaycanlıların 68%-i işsiz olduğunu deyib

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir. Bu barədə ABŞ-ın Milli Demokratiya …

Bir cavab yazın