Ana səhifə / Araşdırma / Daşkəsəndə arvadını və körpəsini öldürən manyak yaxalandı

Daşkəsəndə arvadını və körpəsini öldürən manyak yaxalandı

Daşkəsən rayonunda beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxs tutulub.

Rayonun Şahvələdli kənd sakini, 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov hüququ mühafizə orqanları tərəfindən saxlanılıb.

Rayon Prokurorluğundan bildirilib ki, R.Məmmədov rayonun Bayan kəndi ərazisində saxlanılıb. Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda cinayət işi başlanılıb. (Report)

*   *   *14:04

Daşkəsən rayonunun Şahvələdli kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

“Report” xəbər verir ki, rayonda çobanlıqla məşğul olan 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov arvadı, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.

Onun yaxınlarının verdiyi məlumata görə, K.Məmmədova R.Məmmədovun beşinci arvadı olub. Bundan öncə R.Məmmədov dördüncü arvadı, 1983-cü il təvəllüdlü İnci Cəbrayıl qızı Vəliyevanı çomaqla döyüb. Yaralı ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib. R.Məmmədov isə həbs edilib.

İki il bundan qabaq həbsdən çıxan R.Məmmədov K.Məmmədova ilə ailə həyatı qurub və onların 20 gün bundan əvvəl körpəsi dünyaya gəlib.

*   *   *13:26

Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.

APA-nın xəbərinə görə, hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb.

Kənd sakini, 37 yaşlı Kəmalə Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.

Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir.

Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi ehtimal olunur.

Rayon Prokurorluğundan sayta verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərovun yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Prokurorluqdan həmçinin bildirilib ki, R. Ələkbərov qətlə yetirdiyi qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın