Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Daha bir sərnişin daşıyan mikroavbtobus qəza törətdi – yaralılar var – (VİDEO)

Daha bir sərnişin daşıyan mikroavbtobus qəza törətdi – yaralılar var – (VİDEO)

Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində, Borsunlu kəndi ərazisində Gəncə-Yevlax marşrutu üzrə sərnişin daşıyan mikroavbtobus qəzaya uğrayıb.

ARB TV xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Eyni istiqamətdə hərəkət edən Göygöl rayon sakini Namiq İmanova məxsus “Mercedes E- klas” markalı avtomobillə, Gəncə şəhər sakini Vüqar Bayramovun idarə etdiyi “Mercedes-Sprinter” markalı mikroavtobus toqquşub.

İlkin ehtimala qəza sürücülərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Toqquşma nəticəsində “Mercedes-Sprinter” yoldan çıxaraq aşıb. Sürücü və 3 sərnişin xərasət alıb. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib.

Sürücü Vüqar Bayramova sol-yuxarı ətrafın əzilmiş-sıyrılmış yaraları, qapalı kəllə beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Bakıdakı xəttəxanalardan birinə aparılıb.

Yaralanan digər üç sərnişindən ikisi, 57 yaşlı Şirinova Nəcibə və 43 yaşlı Reyhun Qasımova ilkin tibbi yardım göstərildikdən sonra, ambulator müalicə üçün evə buraxılıblar. Xəsarət alan digər sərnişin, 60 yaşlı Məhruzə Tağıyeva isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib.

Qəzanın dəqiq baş verəmə səbəbləri Baş Dövlət Yol Polis İdarəsi əməkdaşlarının apardığı araşdırmalardan sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın