Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / DAHA BIR DÖVLƏT QURUMUNDA TALAN AŞKARLANDI – “1 milyard manat ortalıqda yoxdur”

DAHA BIR DÖVLƏT QURUMUNDA TALAN AŞKARLANDI – “1 milyard manat ortalıqda yoxdur”

Əkrəm Həsənov: “Neçə vaxtdır Fondun fəaliyyətinin yoxlanmasını tələb edirdik”

“Azad Cavodava yaxın adamlarının adına Avropa ölkələrindəki Banklara 100 miliyon dollardan cox pul vəsaiti yerləşdiriblər”

Məlumat verdiyimiz kimi, Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində ciddi maliyyə və hüquqpozmaları aşkar edib. “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabata görə, ləğv prosesində olan “Zaminbank”, “Kredobank”, “Yunayted Kredit Bank”, “Bank of Azerbaijan”, “Gəncəbank”, “Parabank”, “Bank Technique”, “Royalbank”, “Dekabank” və “Atrabank” ASC-lərdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən (ləğvedici) həyata keçirilən əmanətçilərə kompensasiya ödənişləri  üzrə ciddi maliyyə və hüquqpozmaları aşkarlanıb. Palata qanunvericiliyə uyğun olaraq hesabat ilində başa çatdırılmış nəzarət tədbirləri üzrə müvafiq materialları Baş Prokurorluğa göndərib.
Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, nəzarət tədbirləri üzrə cinayət işi açılıb və müvafiq tədbirlər görülməkdədir.
Hesabatda həmçinin qeyd olunub ki, Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbiri üzrə ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının əmanətçilərinə kompensasiya ödənişləri ilə bağlı materiallar isə müvafiq qaydada Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib: “Dövlət Təhlükəsizlik Xidmətindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, nəzarət tədbirinin nəticələri üzrə materiallar açılmış cinayət işi üzrə araşdırılmaqdadır”.

Əmanətlərin Sığortalanması Fondu ile ilgili görsel sonucu

Ona yaxın bankın əmanətlərinin kompensasiya olunmasında hansı qanunsuzluqlar mümkündür? “StandardBank” üzrə materiallar niyə məhz DTX-yə göndərilib? Sualları cavablandıran bank sahəsi üzrə mütəxəssis, “StandardBank” Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənov deyir ki, “StandardBank” Azərbaycan tarixində ən böyük müflislik hadisəsidir: “Ümumiyyətlə, bəlkə də dünya tarixində bu bankın müflisləşməsi, ona dəyən zərər qədər ikinci bir müflisləşmə olmayıb. Təsəvvür edin ki, ”BankStandard”ın 1,2 milyard manat borcu qalıb, əmlakı isə deyilənə görə, cəmi 200 milyon manatdır. Bu, 6 dəfə fərq deməkdir, 1 milyard manat ortalıqda yoxdur. Dünyada bəlkə də bu qədər fərqlə yeganə müflisləşmə halıdır. Buradan açıq-aşkar görünür ki, bu bank çoxdan müflisləşibmiş. Və dövlət orqanlarının özündə problem olub ki, bunu vaxtında üzə çıxarmayıblar. Ya indi əlbir olublar, ya korrupsiya olub. Bu məsələ dövlət təhlükəsizliyinə aid olan məsələdir. Digər tərəfdən, qanunvericiliyə əsasən müflis olan banklarda sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu ödəyir, sonra bankın əmlakını sataraq öz verdiyi vəsaitləri geri qaytarır. Yalnız bundan sonra digər kreditorların vəsaitləri qaytarılır.Əmanətlərin Sığortalanması Fondu “StandardBank” üzrə 440 milyon manata yaxın vəsait xərcləyib, daha 10 milyon manat da ləğvetmə xərclərinə çıxır. Bu isə o deməkdir ki, Fond bankın əmlakını satmaqla əmanətçilərə verdiyi pulun heç yarısını da çıxara bilməyəcək. Bütün verilən pullar isə dövlətindir. Bundan əlavə, “StandardBank”da SOCAR, “Azercell” kimi iri, əsasən də dövlət şirkətlərinin pulları qalıb.Bu baxımdan da məsələ dövlət təhlükəsizliyinə gedib çıxır. Ötən il Kreditorlar Komitəsi qərar qəbul etdi və mən bu bankla bağlı bütün sənədləri Dövlət Təhlükəsizlik Xidmətinə göndərdim. Xahiş etdik ki, məsələni öz nəzarətlərinə götürsünlər. Yəni digər banklarda vəziyyət bu bankdakı qədər pis deyil”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Digər10 bankın əmanətlərinin kompensasiya edilməsi prosesindəki qanun pozuntularına gəlincə, hüquqşünas deyir ki, burada bir variant mümkündür:“Düşünürəm ki, burada söhbət sığortalanmayan əmanətlərə də sığortalanmış donu geydirib kompensasiya ödənməsindən gedə bilər. Bildiyiniz kimi, əmanətlər o halda sığortalanmış sayılır ki, milli valyutada illik faiz dərəcəsi 15-i, xarici valyutada isə 3-ü ötməsin. Bu halda  Əmanətlərin Sığortalanması Fondu məbləğindən asılı olmadan əmanətləri kompensasiya etməlidir. Əsas ehtimal budur ki, sığrotalanmayan əmanətləri də hansısa yollarla, tutalım ki, sənədləri saxtalaşdırmaqla bu tələblərə uyğunlaşdırıb dövlət hesabına kompensasiya ediblər. Deyim ki, Kreditorlar Komitəsinin rəhbəri olandan sonra belə variantın mümkünlüyü ilə bağlı mənə çox söz-söhbətlər gəlib çatıb. Məlumatlar gəzirdi ki, hansısa banklarda bu əməllərə yol verilir. Bu baxımdan, düşünürəm ki, aşkarlanan əsas qanun pozuntuları bu əməllərlə bağlı olub. Bu, əlbəttə, kobud qanun pozuntusudur. Ona yol verənlər cəzalandırılmalıdır. Onu da qeyd edim ki, bu işlər Fondun əvvəlki rəhbərliyinin dövründə olub”(musavat.com).

azad-cavadov-1

“AzPolitika.info” qeyd edir ki, talanın baş verdiyi dövrdə  Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini Azad Cavadov tuturdu. Azad Cavadovun səlahiyyət müddəti bitdiyi üçün ötən ilin avqustunda vəzifəsindən azad olunub.  A. Cavadov 2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru kimi fəaliyyət göstərib.

Hələ Fondunun icraçı direktoru  işləıdiyi dövrdə Azad Cavadovla bağlı ciddi ittihamlar səsləndirilib. Məsələn adının açıqlanmasını istəməyən bank işçiləri keçmiş həmkarları Azad Cavadovu bank kreditlərinin mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui – istifadə edərək fəaliyyətinə xitam verilmiş banklara məxsus miliyonlarla dollar pulun və əmlakın mənimsənilməsində ittiham edib:   “Biz sizə əmanətlərin sığortalanması fondunun keçmiş  icraçı direktoru Azad Cavadovun tabeçiliyində olan 11 bankdan və birbaşa Azad Cavadova məxsus olmaqla qızı tərəfindən idarə olunan, bu gunə kimi mətbuata səhmlərinin adı açıqlanmayan Fınex lizinq (bokt) Şirkəti haqqında danışacağıq.

Fınex lizinq (bokt) Şirkətinin icraçı rəhbəri Azad Cavadovun İsgəndər adlı bacısı oğludur. İsgəndər və şirkətdə sözü keçən Azad Cavadovun qaynı Ramiz, DTX – nın və Prezident Aparatının Bank sektoruna nəzarət edən şöbələrinin əməkdaşıları ilə birləşərək bank əməliyyatlarından sui – istifadə etməklə qısa muddət ərzində miliyonlarla dollar çirkli pullar əldə ediblər. 
Azad Cavadovun qızı Şifahi xanım və həyat yoldaşı Afət xanım (Mərkəzi Bankın valyuta əməliyyatları şöbəsinin müdiri) ailənin 2-ci yeznəsi olan Tamerlan (Accesbankın mikro kreditlər uzrə rəisidır) və Tamerlanın  komandasinda yer alan  Səbuhi Rüfət və Nurlan adlı şəxslər ölkədə bağlanmış 11 banki ailə biznesi və öz sərvətləri  hesab edərək talayıblar.
Azad Cavodava yaxın adamlarının adına Avropa ölkələrindəki Banklara 100 miliyon dollardan cox pul vəsaiti yerləşdiriblər. Bu şəxslər müflis olmuş Banklara məxsus olan daşınar və daşınmaz əmlakları hədiyyə adıyla mənimsəyiblər.
Belə ki, Azad Cavadov “Bank Standard”a məxsus olan dəyərı 200 000 manat dövlət qeydiyyat nomrəsi 10 AA165  olan 2016 – cı il buraxılışlı son model  “Merceses S class” markalı avtomobıli oz qapısında  gizlədərək mənimsəyib və  eyni zamanda  “Bank Standard”a məxsus olan dəyərı 150000 manat olan “Lexsus 570 LX” markali avtomobıli ova getmək məqsədi ilə  özunə məxsus Goradildəki bagında saxlayır.
Azad Cavadov muflis olmus banka məxsus olan son model Mersedes E klass markalı dövlət nömrə nişanı 99 AF 310 olan avtomobili vəzifə səlahiyyətlərindən sui istifadə edərək mənimsəyib və banka heç bir vəsait ödəmədən oz əmlakı kimi bacısının ərinə bagışlayıb.
Azad Cavadov işlədiyi müddətdə müflis olaraq baglanmış 11 bankın (Royalbank, Bank of Azerbayjan, Qafaqaz İnkisaf Bankı, Texnikabank, Kredobank, Dekabank, Parabank, Zamınbank, Atrabank) tabeçiliyində olan işçilərlə qeyri – insani rəftar edib, Əmanətlərin Sıgortalanması Fondunun prosedur qaydalarına zidd hərəkət edərək sığrtalanmayan əmanətlərın 50%- ni nagd şəkildə rüşvət  alaraq sıgortasız ödənişlər verib. Bu işlərdə  məsələlərın hüquqi tərəfini həll etməyi isə Ramil Tahirova həvalə edib.
rufet aslanli azad cavadov emanetlerin sigortalanmasi fondu azpolitika info finex group fineks kredit rüfət aslanlı palata nezaret palatasi nəzarət palatası mbnp
Biz bank sektorunda çalışan insanlar görulən bütün bu işlərdə Azad Cavadovun öz tələbəsi olmuş Rüfət Aslanlının əlinin oldugundan əminik. Çünki hər həftənın 5-ci və 6 -cı günləri, hətta təxirə salınmaz görüşə ehtiyac olduğu zaman həftə içində belə, iş vaxtından sonra yenə gecə saatlarında Azad Cavadova məxsus Goradildəki bag evində xüsusı görüşlər təyin olunur və orada talama əməliyyatının detalları dar çərçivədə müzakirə edilirdi.
Xatırlatmaq yerinə düşər ki, bir neçə ay bundan əvvəl Azad Cavadovun qardaşı Süleyman Cavadov Rusiyanın paytaxtı  Moskva şəhərində müəmallı şəkildə qətlə yetirildi. Bu qətlin arxasında Azad Cavadovun qanunsuz əməllərinin dayandığını güman etmək olar. Qardaşının qətlindən sonra Azad Cavadov qızına sürücü tutmuş və qızını 90-AZ-050 nomrəli “Hundai Qrandeur” markali avtomaşınla Niyazi adlı sürücü gəzdirir.
Azad Cavadov isə iz itirmək üçün çox vaxt 90-AH-266 nömrəli Toyota markali avtomobillə gəzir.
Bundan əlavə Azad Cavadovun  mülkiyətində Mərdəkan qəsəbəsində Şüvəlanda bir neçə dəbdəbəli villalar, hektarlarla torpaq sahələri, Bakı şəhərinin mərkəzində mənzillər və ticarət obyektləri var.
Bundan əlavə Azad Cavadov qanunsuz korrupsiya yolu ilə əldə etmiş oldugu 100 miliyonlarla dollar dəyərindəki qanunsuz əmlakları və Avropadakı bank hesablarını öz qohumlarının və etibar etdiyi dostlarının adına rəsmiləşdirə bilib.
Azad Cavadov daha öncə Beynəlxalq Bankda işlədiyi dövrdə yol verdiyi nöqsanlara görə vəzifəsindən qovulmusdur və həmin gündən Beynəlxalq Bankin sabiq sədri olmuş Cahangir  Haciyevlə arasında soyuq münasibıtlər yaranmışdir.Cahangir Haciyev həbs olundugu gün Azad Cavadov məşhur restoranların birində təntənəli qonaqlıq verib.
Ləgv prosesində olan 11 bankın sıgortalı əmanətləri bitmədiyi halda sıgortasız 1 milyard AZN -ə  yaxın əmanət Azad Cavadovun tapşırıgı ilə qabaqcadan rüşvət alınaraq ödənilmişdir.”

Azad Cavadov isə bütün bu ittihamların hamısı böhtan adlandırıb: “Bunların heç bir əsası yoxdur. Axmaq adamlardır, sadəcə şər- böhtan atmaqla məşğuldurlar”.
A.Cavadov “onlar kimi axmaqlara veriləcək cavabım yoxdur”, deyərək suallara cavab verməkdən imtina edib.

Ancaq indi Əkrəm Həsənovun dediklərindən və Hesablama Palatasının hesabatından belə məlum olur ki, deyilənlər Azad Cavadovun iddia etdiyi kimi heç də  böhtan deyil. Ancaq maraqlıdır, bir qurumda dövlətin bu qədər vəsaiti talandığı halda,  həmin quruma rəhbərlik etmiş şəxs neçə əlini-qolunu sallayaraq azadlıqda gəzir? 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …