Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “Dərnəgül” bazarında yoxlamalar gedir

“Dərnəgül” bazarında yoxlamalar gedir

Dövlət Vergi Xidməti paytaxt ərazisində yerləşən açıq və qapalı ticarət mərkəzləri və bazarlarda məlumatlandırma, monitorinq və vergi nəzarəti tədbirləri həyata keçirir. Hazırda belə tədbirlər Bakı şəhəri Dərnəgül şosesi ətrafında yerləşən sahibkarlıq subyektlərində aparılır.

Noyabr ayının əvvəlindən etibarən, qeyd edilən ərazidə 28 vergi ödəyicisinin ümumilikdə 91 təsərrüfat subyekti üzrə 4 sayda xronometraj metodu ilə müşahidə, 46 sayda nağd hesablaşmalara nəzarət, 42 sayda mal qalığı, 4 sayda isə əmək münasibətlərinə nəzarət üzrə operativ nəzarət qərarı açılıb və pozuntu törədən şəxslər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülüb. Həmin vergi ödəyicilərinin böyük əksəriyyətində əmək müqaviləsi bağlamadan işçilərin cəlb edilməsi, nəzarət-kassa aparatlarının (o cümlədən yeni nəsil nəzarət-kassa aparatlarının), eləcə də malların alışını təsdiq edən sənədlərin olmaması, vergi orqanlarına yalan məlumat təqdim etməklə aktiv ticarət fəaliyyəti olmasına baxmayaraq fəaliyyətin dayandırılması ərizəsinin verilməsi kimi kobud pozuntular qeydı alınıb.

Bundan başqa, vergi qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə, qeyd olunan sahədə fəaliyyət göstərən vergi ödəyiciləri ilə Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasında fərdi və kollektiv görüşlər keçirilir, ödəyicilərin qanunla müəyyən olunmuş hüquq və vəzifələri onlara izah edilir və fəaliyyətləri ilə əlaqədar sual yaradan məqamlara aydınlıq gətirilir.

Dövlət Vergi Xidməti bildirir ki, nəzarət tədbirləri qısa müddət ərzində respublikanın, o cümlədən paytaxtın digər ərazilərində də həyata keçiriləcək. Tikinti materialları da daxil olmaqla əmtəə xarakterli malların alqı-satqısı qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli, topdansatışın həyata keçirilməsi zamanı mallar elektron qaimə-faktura əsasında təqdim edilməli, hesablaşmalar nağdsız qaydada aparılmalıdır. Vergi ödəyiciləri sanksiyalarla qarşılaşmamaq üçün qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …