Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Dərman mafiyası İŞİ” onu da hədəfə çevirir… – Səhiyyə nazirliyi silkələnəcək

“Dərman mafiyası İŞİ” onu da hədəfə çevirir… – Səhiyyə nazirliyi silkələnəcək

DİA.AZ: – Aprel ayının 30-dan etibrən ölkənin xüsusi xidmət orqanları dərman mafiyasının kökünün kəsilməsi məqsədilə ciddi tədbirlər həyata keçirir ki, nəticədə onlarla həbs olunan var və eyni zamanda neçə-neşə vəzifə sahibi təkcə işini itirməyib, ağır ittiham hədəfidir. DİA.AZ bildirir ki, hətta yeni həbslər və işdənçıxarmalar da gözləniləndir.

Bununla bağlı redaksiyamıza məlumatlı mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, bu işdə adı hallandırılanlardan biri də səhiyyə nazirinin müavini Elsevər Ağayevdir. Mənbənin dia.az-a söylədikləri:

“Elsevər Ağayev uzun illərdir ki, nazir müavini olaraq ölkədə əczaçılıq sisteminə nəzarət edir. Onun kurasiyasından kənar olan qeyd olunan fəaliyyət zaman-zaman administrativ rıçaqlar hesabına “zərərsizləşdirilib. Yəqin ki, səhiyyə nazirliyinin “bu ay neçə apteki bağladıq” kimi gülünc hesabatları yadınızdadır. Əslində, Elsevər Ağayev dərman bazarını öz xeyrinə formalaşdırırdı və bu proses boyunca onlarla sahibkar məhz administrativ gücün hesabına zərərsizləşdirildi. Beləcə boşalan bazarda Elsevər Ağayev və onun yaxınları meydan sulamağa başlad”.

Mənbə bildirir ki, hazırda dərman bazarının əksər qisminə nəzarət edən Elsevər Ağayevin son baş verənlərdən hansısa formada zərər görməməsi imkansızdır. Mənbə dia.az-a bildirir: “Elsevər Ağayevin yaxşı dostları var. Hətta patlamentdə də. Onu qoruyacaqlar. Elə düşünür. Amma bu gün mənzərə tamam fərqlidir və hətta Əli İnsanovdan yadigar qalan yeganə nazir müavini olan Elsevər Ağayevi həbsə belə atdıracaq iradə mövcuddur”.

Mənbə “dərman mafiyası işi” ilə əlaqədar səhiyyə nazirliyində ciddi çalxalanmaların olacağını istisna etmir: “Bunu yaxın günlərdə görəcəyik”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …