Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Dəli Samir”ə 11 il iş verildi – Məhkəmə prosesi

“Dəli Samir”ə 11 il iş verildi – Məhkəmə prosesi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlama və narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanovla hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S. Aslanov 11 il, F. Əfəndiyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2015-ci ilin martında Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Aslanov saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkarlanıb.
S.Aslanov kriminal aləmdə “Dəli Samir” ləqəbi ilə tanınıb.

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın