Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Dələduzluğun avanqardı: “Avanqard-İnşaat” vətəndaşın mənzilini ələ keçirir

Dələduzluğun avanqardı: “Avanqard-İnşaat” vətəndaşın mənzilini ələ keçirir

“Avanqard-İnşaat” MTK mənzilimi əlimdən alır. Şirkət yalan sənədlərlə qanunsuz olaraq mənə qarşı məhkəmə iddiası qaldırıb. Artıq məhkəmələrdə sürünməkdən bezmişəm, stressdən xəstəlik tapmışam…”

Belə  şikayətlə virtualaz.org-a Yasamal rayonu, Bünyadzadə küçəsində yaşayan Elçin Quliyev müraciət edib. İkinci qrup əlil olan şikayətçi bildirir ki, illərdir davam edən məhkəmə prosesləri sağlamlığına ciddi zərbə vurub, stressdən şəkərli diabet xəstəliyi tapıb.

Məsələ belədir ki, Elçin Quliyev Yeni Yasamalda yerləşən “196” MTK-nın inşa etdiyi 12 mərtəbəli binanın 10-cu mərtəbəsindən 2012-ci ildə mənzil alıb. Sonradan bu şirkətin rəhbəri Elşən Rüstəmov həbs olunub.

“Həmin şirkətlə “Avanqard-İnşaat” MTK arasında  olan məhkəmədən sonra  bildim ki, mənim mənzilimi də “Avanqard-İnşaat”a veriblər.  Halbuki bu qərardan əvvəl  Yasamal Rayon Məhkəməsininmənzilin mənə məxsus olduğu barədə qüvvəyə  minmiş  qərarı var idi. Bunadan  sonra  mən evimi geri qaytarmaq ücün əlavə kassasiya qaydasında Ali Məhkəmənin plenumuna müraciət etdim. Ali Məhkəmədə bu iş 9 ay araşdırdı, hər tərəfin sənədləri yoxlanıldı. Ali Məhkəmənin plenumunun qərarıyla evim mənə qaytarıldı. Sonra  Ali Məhkəmənin  İnzibati-iqtisadi kollegiyasi işə baxaraq  bu qərarı bir də təsdiq elədi”-şikayətçi deyir.

E.Quliyev  deyir ki, 9 ay Ali Məhkəmədə iş araşdırılıb və “Avanqard-İnşaat” MTK-dan heç kim məhkəməyə gəlməyib. Məhkəmə qərarına görə, əslində həmin MTK bu qərara şikayət verə bilməz, ona görə də fırıldağa əl atıblar.

“Başqa bir şəxsə sənəd düzəldib veriblər ki, guya bu mənzil ona satılıb. Halbuki mənim əlimdə bütün sənədlər, o cümlədən, ödəniş qəbzlərim də var. Mənzilin pulunu tamamilə ödəmişəm və məhkəmə qərarıyla da ev mənimdir. İndi həmin şəxs haradan ortaya çıxıb, bilmirəm. Məhkəmədən 2 il kecməsinə baxmayaraq niyə Nizami Rayon Apellyasiya Məhkəməsi ərizələri qəbul edir? İş bitib və ev mənə verilib. Hər il məhkəmə olar? Bunun qarşisini kim alacaq? 1 evə bir dəfə qərar verilər də. Xəstəyəm, bir dəfə klinik ölüm keçirmişəm, məhkəmədə şəkərdən ağzım quruyur danışa bilmirəm”, – Elçin Quliyev bildirir.

Hazırda “Avanqard-İnşaat” MTK-nın şikayəti əsasında Nizami Rayon Məhkəməsində və eyni zamanda Apellyasiya Məhkəməsində məhkəmə baxışı gedir.

Problemlə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, MTK-ya məxsus rekvizitləri tapa bilmədik. Şirkətin saytı yoxdur və əlaqə nömrələri internetə yerləşdirilməyib. Yalnız onu öyrənə bildik ki, “Avanqard-İnşaat” MTK-nın adı bir çox dələduzluq faktlarında hallanır. Hətta Prezident Administrasiyası ən çox şikayət daxil olan n MTK-lar arasında “Avanqard-İnşaat” MTK-nın da adınınyer aldığını açıqlayıb.

Gülnar Əliyeva

Virtualaz.org


Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …