Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Dələduzluğa məruz qalan vətəndaş Yasamal rayon prokuruna müracət etdi

Dələduzluğa məruz qalan vətəndaş Yasamal rayon prokuruna müracət etdi

YASAMAL RAYON PROKURORU CƏNAB ELMAN SÜLEYMANOVA

Tahir Abbas Əli oğlu İsgəndərov tərəfindən

Ünvan: Bakı şəh., Yasamal ray., İnşaatçılar pr., ev 28, m. 40

2(103)-464/2020 saylı, 21 iyul 2020-ci il tarixli Xüsusi Qərardad qəbul edilmiş və “ƏCƏMİ” MMC rəhbərliyi ilə İsgəndərov Tahir Abbas Əli oğlu arasında Bakı şəh., Nizami ray., Çobanzadə küç., 2572 məhəllə, ev 53A binasında inşa edilən yaşayış binasının 159 saylı 1 otaqlı mənzili ilə əlaqədar bağlanmış 25.11.2015-ci il tarixli müqavilə və maliyyə arayışı ilə bağlı əlaqəli şəxslərin hərəkətlərində cinayət əlamətləri üzrə müvafiq araşdırmanın aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilmişdir. Diqqətinizə çatdırıram ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təhqiqat aparıldıqdan sonra, iş istintaqın həyata keçirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. Daha sonra Nizami RPİ istintaq aidiyyəti üzrə işi Yasamal Rayon Polis İdarəsinə göndərmişdir.

İşin araşdırılması Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Pünhan Əbilovun icraatına verilmişdir. Baş müstəntiq Pünhan Əbilovla əlaqə yaratdıqda bizə bildirmişdir ki, iş üzrə cinayət məsuliyyətinə cəlb edilmə müddəti bitdiyinə görə istintaq araşdırması aparmır. Diqqətinizə çatdırıram ki, saxta sənəd işi mənə məxsus 78.600 (yetmiş səkkiz min altı yüz) manat pulun mənimsənilməsi ilə bağlıdır. Xüsusi Qərardadda göstərilən sənədin saxtalaşdırılması həmin məbləğin mənimsənilməsi üçün edilmişdir. Göstərilənlər, yəni sənədin saxtalaşdırılması, mənə yalnız Bakı Apellyasiya Məhkəməsinin 2(103)-464/2020 saylı, 21.07.2020-ci il tarixli qətnaməsini aldıqdan sonra bəlli olmuşdur. Hesab edirəm ki, indi cinayət işinə xitam verilməsi Məmmədov Sakit Murtuz oğlu və Mübariz Məmmədovun maraqlarına xidmət edən bir addımdır. Adı çəkilən Məmmədov Sakit Murtuz oğlunun mənə pul borcu və bacılarımın adına (İsgəndərova Dilbər və Əbiyeva Tahirə) olan 2 mənzil borcu var idi. Borcun yaranması tarixçəsi belədir. Mənə məxsus torpaq sahəmdə “Əcəmi” MMC-yə aid tikinti aparılması barədə məlumat lövhəsi asılanda “Əcəmi” MMC-nin mənim torpaq sahəmi qanunsuz olaraq zəbt edildiyini öyrəndim. Və məndən razılıq alınmadan orada tikinti aparıldığını başa düşdüm.

Bundan sonra mən və Balakişyev Qərib Gülməmməd oğlu birlikdə “Araz T.İ.” MMC-yə qarşı mülkiyyət hüququmuzun qorunması və qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə (Bakı ş, Yasamal ray. H. Cavid pr. 46 və H. Cavid pr. 44 ünvanları üzrə) Yasamal Rayon Məhkəməsinə müraciət etdik. Yasamal Rayon Məhkəməsi 14.10.2015-ci il tarixli 2(004)-5378/2015 saylı qərardadı ilə Bakı ş, Yasamal ray, H. Cavid pr. 46 və H. Cavid pr. 44 ünvanlarında tikinti işlərinin dayandırılmasını qət etmişdir. Bu qərardadın qəbulundan sonra “Araz T.İ.” MMC-nin o zaman direktoru vəzifəsində işləyən Qazaxlı Ramiz Saday oğlu məni Məmmədov Sakit Murtuz oğlunun ofisinə aparıb, Sakitlə tanış etdi və mənə bildirdi ki, “Əcəmi” MMC-nin sahibi Məmmədov Sakitdir. Həmin görüşdə Məmmədov Sakit mənə dedi ki, “Araz T.İ.” MMC-nin mənə olan borclarını ödəyəcək. Daha sonra Məmmədov Sakit Murtuz oğlu “Araz T.İ.” MMC-nin mənə olan pul borcundan 20.000 (iyirmi min) ABŞ dolları (o zaman dollar 1.05 manata ekvivalent idi) məbləğində pulu Qazaxlı Ramizin yanında sayaraq mənə verdi.

Qalan borcun, yəni 78.600 (yetmiş səkkiz min altı yüz) manatın əvəzində isə 25.11.2015-cı il tarixli müqavilədə göstərilən mənzilin sənədini müvəqqəti olaraq mənə verəcəyini və 2016-cı ilin aprel-may aylarında mənə borclu olduğu pul məbləğini ödəyəcəyini, sonra mənzilin sənədini geri götürəcəyini bildirdi. Həmçinin Məmmədov Sakit bacılarım, İsgəndərova Dilbər Abbas Əli qızının və Əbiyeva Tahirə Abbas Əli qızının adına olan 41 və 47 saylı mənzillərin əvəzinə ümumilikdə 230 kv.m. mənzil sahəsinə görə binanın A blokundan tikintisi layihədə nəzərdə tutulmuş 222,84 kv.m. sahəyə malik olan 1 ədəd 4 otaqlı mənzili mənə verəcəyini bildirdi və biz razılaşdıq. İlkin olaraq mənə maliyyə arayışı verilərkən arayışda atamın adı səhv yazıldığı üçün mən maliyyə arayışını qəbul etmədim. 26.11.2015-ci il tarixində Qazaxlı Ramizlə 42 saylı Dövlət Notariusunun qarşısında görüşdük. Daha sonra ora o zaman tanımadığım, lakin sonradan tanış olduğum Mübariz Məmmədov Qazaxlı Ramizə yaxınlaşdı. Mübariz Məmmədov həmin mənzilin müqaviləsini və maliyyə arayışını Qazaxlı Ramizə verdi. Qazaxlı Ramiz də sənədləri mənə təqdim etdi. Mən müqaviləni və maliyyə arayışını oxudum, sənədlərdə hər hansı ciddi nöqsan görmədiyim üçün heç nədən şübhələnmədim və sənədləri qəbul etdim.

Daha sonra Məmmədov Sakit Murtuz oğlunun adına (onun şəxsiyyət vəsiqəsini Qazaxlı Ramiz gətirmişdi) məhkəmədə adımdan çıxış etmək üçün etibarnamə verdim. Məmmədov Sakit 27.11.2015-ci il tarixində mənim adımdan Yasamal Rayon Məhkəməsinə müraciət edərək iddiadan imtina etmişdir. Bundan sonra “Əcəmi” MMC mənə məxsus Bakı ş, Yasamal ray, H. Cavid pr. 46 ünvanında yerləşən torpaq sahəsində binanın tikintisini həyata keçirə bilmişdir. Bir daha bildirirəm ki, M.Sakit tərəfindən “Əcəmi” MMC-nin yaşayış binasından mənə mənzil verilməsi barədə 25.11.2015-ci il tarixli müqavilə və maliyyə arayışının saxta olması mənə yalnız Bakı Apellyasiya Məhkəməsinin 2(103)-464/2020 saylı, 21.07.2020-ci il tarixli qətnaməsini aldıqdan sonra bəlli olmuşdur. Onda başa düşdüm ki, biz “ARAZ-Tİ” MMC-nin və “Əcəmi” MMC-nin rəhbərləri tərəfindən aldadılmışıq və bunun nəticəsində bizə külli miqdarda maddi zərər dəyib.

Yuxarıda göstərilənlərə əsasən, hesab edirik ki, Məmmədov Mübariz, Qazaxlı Ramiz, Şükürov Rəşad (Məmmədov Sakitin bacısı oğlu), Ömərov Ələsgər və hal-hazırda onu əvəz edən oğlu Ömərov Azər Ələsgər oğlunun əməllərində həm sənəd saxtakarlığı cinayətinin əlamətləri, həm də dələduzluq cinayətinin əlamətləri öz əksini tapmışdır. Sakit Məmmədov Murtuz oğlu, Qazaxlı Ramiz və digərləri planlı və mütəşəkkil qaydada məni aldadaraq mənim əmlakımı talamaq məqsədilə mənə verdikləri 25.11.2015-ci il tarixli maliyyə arayışını və müqaviləni saxtalaşdırmışlar. Yəni müqavilələrin saxtalaşdırılması mənim etibarımı qazanmaq üçün atılmış addımdır. Bütün bunlara əsasən hesab edirik ki, Sakit Məmmədov Murtuz oğlu, Məmmədov Mübariz, Qazaxlı Ramiz, Şükürov Rəşad, Ömərov Ələsgər və hal-hazırda onu əvəz edən oğlu Ömərov Azər Ələsgər oğlunun dələduzluq hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılmalı və istintaq həyata keçirilməlidir.

Hörmətlə, Tahir Abbas Əli oğlu İsgəndərov

15 aprel 2021-ci il”

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …