Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Dəhşətli qəza avtomobili iki yerə böldü: 2 ölü, 2 yaralı – ŞOK GÖRÜNTÜLƏR – VİDEO

Dəhşətli qəza avtomobili iki yerə böldü: 2 ölü, 2 yaralı – ŞOK GÖRÜNTÜLƏR – VİDEO

Qaxda baş verən yol qəzasında iki nəfər ölüb, daha iki nəfər isə ağır xəsarət alıb.

ARB TV xəbər verir ki, hadisə saat 01:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qaxın Dəymədağlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatalanın Yuxarı Tala kənd sakini, 33 yaşlı Bəhruz Ramazanov idarə etdiyi “VAZ 2109” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb. Qəzadan sonra maşının ön hissəsi alışıb. Sürücü Bəhruz Ramazanov və avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi 32 yaşlı Ruslan Muradov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Digər sərnişinlər, 29 yaşlı Həsrət Kərimov və 40 yaşlı İlqar Əhmədov isə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Yaralılar xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın