Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Araşdırma / Dəyişdirilən quş adlarını Qara Mustafayev qoyubmuş – Mərhum professor günahlandırıldı

Dəyişdirilən quş adlarını Qara Mustafayev qoyubmuş – Mərhum professor günahlandırıldı

Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı ornitoloqlar tərəfindən dəyişdirilib. Bu siyahıda olan əvvəlki adı ilə maygülü, böyük qartalça, ördəktutan qızılquş, qəşəng durna kimi quşların yeni adları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Moderator.az xəbər verir ki, Modern.az bu kimi quş növlərinin adlarının dəyişdirilməsinin səbəblərini öyrənmək məqsədilə Azərbaycan Ornitoloji Cəmiyyətinə müraciət edib. 

Cəmiyyətin sədri Elçin Sultanov açıqlamasında həmin quş adlarının dəyişdirilməsini AMEA ilə birlikdə həyata keçirdiklərini diqqətə çatdırıb:


“AMEA bu addımı özbaşına atmayıb. Azərbaycanda 400-dən artıq quş növü var. Onların əksəriyyətinin el arasında adı yoxdur. Məsələn, bütün sərçəkimi quşlara el arasında ya sərçə, ya da bülbül deyirlər. Halbuki,  sərçəkimilər növünə aid olan 200-dən çox quş var. Quşlara elmi adların qoyulması, insanlar arasında bu adların yayılması məsələsi hələ Sovet dövründən var. 1941-ci ildə bizim ilk ornitoloqumuz Kamal Qənbərov “Azərbaycanın sərçəkimiləri kataloqu”nu yazmışdı.  Kataloq rusca olsa da, sərçəkimi quşların, o vaxt 147 növ idi, hamısının azərbaycanca adı verilmişdi. 
AMEA 1977-ci ildə “Azərbaycan faunası” adlı böyük kitab hazırladı. O kitabda həmin vaxt mövcud olan 358 quş növünün adı verilib. Bunu həmin dövrdə çalışan ornitoloqlar – D.Tuayev, A.Xanməmmədov, Q.Mustafayev, K. Qəmbərov hazırlamışdı. 

Təxmini 10-15 il əvvəl bizim tanınmış professor Qara Mustafayev bu adları rədd etdi, özbaşına quşların yeni adlarını icad etdi. Bir çox növün təxmini yarısının adını dəyişdirdi, öz dərsliklərinə əlavə etdi. O, tələbələri, müəllifləri məcbur ediridi ki, bu adları istifadə etsinlər. Hətta televiziyalarda da həmin adların səslənməsinə səy göstərirdi. Quş adlarının bəziləri elə eybəcər səslənirdi ki, adlar süni idi, 2-3 sözün birləşməsindən yaradılmışdı. Dəmircaynaq, susüpürən, maygülü kimi alar qoymuşdu. Amma bu adlar həm xalq, həm də alimlər içərisində birmənalı qarşılanmamışdı. Çünki bu kimi məsələlərdə adətən tək qərar verilmir, ornitoloqlar bir yerə yığışıb qərar verirlər”.



Elçin Sultanov deyib ki, təxminən 2 il əvvəl AMEA Zoologiya İnstitutu  Azərbaycan Ornitoloji Cəmiyyətə müraciət edib ki, adlar məsələsinə yenidən baxılsın:

“Ona görə, ornitoloqlar, professionallar yığıldıq, adları hazırlayıb AMEA-ya siyahı verdik. 2 il AMEA-da müzakirədən sonra dəqiqləşdirildi və quşların adları dəyişdirildi. Məsələn, maygülü quşunun adının dəyişdirilməsini tənqid edirlər. Amma maygülü dedikdə, Azərbaycanın bəi rayonlarında insanlar gülməyə başlayırlar. Ona görə, maygülü və digər quşların adlarının dəyişdirilməsi zərurətdən yaranmışdı”.

 
Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı oriontoloqlar tərəfindən dəyişdirilib. Siyahı aşağıdakı kimidir:

Köhnə adlar      Yeni adlar
Maygülü      batağan
Böyük qartalca, çığırğan qartalca      Böyük xallı qartal
Ördəktutan qızılquş, ördəktutan      sərçəçalan
Qəşəng durna      Telli durna
Cek, gözəl cek      gözəl dovdaq
Trinqa      otluq cüllütü
Bekas      meşə cüllütü
Sterna      Sümrü
Adi sitta      adi fitçi
Qırmızıqanad tixodrom      qırmızqanad qaya quşu
Kölgəlik yarpaqgüdəni      Sin-sin yarpaqgüdəni
İlanboyun      adi buruqboyun
Alacəhrə      alaçöhrə
Toğlugötürən      saqqallı kərkəs
Leşyeyən qartal      leşyeyən ağkərkəs
Sultan toyuğu      Sultan quşu
Torağay      turağay
Sarıdimdik qarğa      Sarıdimdik dolaşa
Tuvik      Tüviy
Anqut      qırmızı ördək

Həmçinin oxuyun

SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur

Müstəqil ekspertlərin əksəriyyəti Azərbaycanda büdcə vəsaitlərinin xərclənməsində ən çox şişirtmələrə və korrupsiya hallarına yol verilən …