Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Dəniz kənarındakı məşhur restoranda dava

Dəniz kənarındakı məşhur restoranda dava

Bakıda dənizkənarı restoranlardan birində dava düşüb.

“Report” xəbər verir ki, Xəzər rayonu, Mərdəkan çimərliyində yerləşən “Black Jack” restoranında iki naməlum şəxs obyekt sahibi ilə hesab üstündə mübahisə edib.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Restoran sahibi ilə mübahisə edən şəxslərdən biri – Pərvin Mehrəliyev saxlanılıb.

Məlum olub ki, mübahisə zamanı P.Mehrəliyevin tanışı özünə şüşə butulka ilə xəsarətlər yetirib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın