Ana səhifə / Araşdırma / Dəhşətli qəzaya səbəb olan avtobusun sürücüsü yuxulu olub – Foto

Dəhşətli qəzaya səbəb olan avtobusun sürücüsü yuxulu olub – Foto

Bakı-Sumqayıt yolunda baş verən qəzanın təfərrüatları məlum olub.

Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Qəhrəmanov Vasif İmran oğlunun sözlərinə görə, mikroavtobusda 16 sərnişin olub. Onlardan 4-ü yüngül bədən xəsarətləri alıb, ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar. Digər on nəfərin isə vəziyyəti ağır olduğundan onları dərhal Sumqayıt xəstəxanasına aparılıblar. Bir yaralı Qarayev Elçin Xoşbəxt oğlunun vəziyyəti çox ağır olduğundan Bakıya gətirilib.

Xəsarət alanlardan Quliyeva Ofeliya və adı hələ ki, məlum olmayan daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Qəza zamanı 3 nəfərin ayağı kəsilib. Birinin hər iki ayağı, digər ikisinin isə hərəsinin bir ayağı kəsilib.

Sürücü Ağakişiyev Baloğlan Güloğlan oğlu da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı deyilir.

Müstəntiq Cəsarət Bayramov hadisənin yüksək sürət və sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyini deyib.

Hazırda ölən və digər yaralananların kimliyinin müəyyən edilməsi istiqamətində işlər aparılır/anspress/.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın