Ana səhifə / Araşdırma / Dəhşətli qəzada həlak olan məşhur həkimmiş – Arvadı öldü, 2 aylıq uşağı sağ qaldı

Dəhşətli qəzada həlak olan məşhur həkimmiş – Arvadı öldü, 2 aylıq uşağı sağ qaldı

Xəbər verdiyimiz kimi, dünən Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. “KİA” markalı minik avtomobili “VAZ” markalı maşınla toqquşub. Nəticədə, “KİA” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Əkbərov Əli Əsəd oğlu, həyat yoldaşı 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb.

Qafqazinfo“nun əldə etdiyi məlumata görə, Əli Əkbərov kardioloq olub. O, Bakının məşhur klinikasında işləyirmiş.

Elə maşında da həyat yoldaşı Leyla, 2 aylıq övladları Yunus Əkbərov və qayınatası Yunus Əsgərxan oğlu Salahovla bərabər olub.

Qəza nəticəsində Əli Əkbərov xanımı Leyla ilə dünyasını dəyişsə də, 2 aylıq Yunusun sağ qaldığı deyilir.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın