36 yaşlı tailandlı Nayfum Promatree dostları ilə Pxetçabun vilayətində dostları ilə dincəlirmiş. Yerli məbədgahı ziyarət etdikdən sonra o, burada saxlanılan ayını qıcıqlandırmaq istəyib, lakin yırtıcı ondan çevik tərpənib və turisti parçalamağa başlayıb.
Virtualaz.org “Mirror” nəşrinə istinadən xəbər verir ki, kadrlardan göründüyü kimi, ayı əvvəlcə turisti huşsuz vəziyyətə salır, sonra isə onu kahasına aparır. Çox güman ki, heyvan kənar nəzərlərdən uzaq yerdə nahar etməyə hazırlaşırdı, lakin dostları Nayfumun köməyinə gəlib və onu ayının pəncələrindən xilas edə biliblər.
Xilasedicilərin sözlərinə görə, 36 yaşlı kişi nəinki sağ qalıb, hətta özünə gəlib və başına gələnləri nəql edib.