Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Dəhşətli hadisə: 670 bal toplayan tələbə bu binadan özünü ataraq, intihar edib – FOTOLAR

Dəhşətli hadisə: 670 bal toplayan tələbə bu binadan özünü ataraq, intihar edib – FOTOLAR

Bakıda dəhşətli hadisə baş verib. 4-cü kurs tələbəsi özünü yaşadığı binanın 11-ci mərtəbəsindən aşağı ataraq, intihar edib. 
Hadisə ötən gecə Nizami rayonu, Azər Manafov küçəsi 1A ünvanında yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin, təlim, tədris və sertifikatlaşdırma idarəsinin gənc mütəxəssislər yataqxanasının binasında qeydə alınıb.
Musavat.com saytı xəbər verir ki, orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü 14 mərtəbəli yataqxananın 11-ci mərtəbəsindən, daha dəqiq desək, həmin mərtəbədə yerləşən otağın eyvanından ataraq intihar edib.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Amma ilkin ehtimallar var. İddialara görə, gəncin intihar etməsinə səbəb imtahandan kəsilməsi olub. 4 imtahandan keçə bilməməsi onu həddindən artıq narahat edib. Bunu özünə dərd edib, bu səbəbdən də psixoloji gərginlik yaşayıb.
Mərhum tələbənin atası Hüseyn Abbasov istintaqa verdiyi ifadədə də bunu deyib: “Oğlum məktəbdə əlaçı olub və təhsilə çox məsuliyyətlə yanaşıb. Maarif ali məktəbə 670 balla daxil olub. Maarif 6 imtahanın 4-dən kəsilmişdi. Buna görə də, yaman narahat idi. Başqa problemi olmayıb”.
Hazırda Nizami Rayon Prokurorluğu özünə qəsd faktını araşdırır.





Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın