Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Cüdo üzrə yığma komandamızım baş məşqçisi iki azyaşlını zorlamaqda ittiham olunur

Cüdo üzrə yığma komandamızım baş məşqçisi iki azyaşlını zorlamaqda ittiham olunur

Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi, ikiqat olimpiya çempionu Peter Zayzenbaxer iki azyaşlı qızı zorlamaqda ittiham olunur.
Qol.az-ın haqqın.az saytına istinadən yaydığı xəbərə görə, bu sensasiyalı məlumatı Avstriya mətbuatı yayıb.
Bildirilir ki, artıq Peter Zayzenbaxerə qarşı bununla bağlı rəsmi ittiham irəli sürülüb.
Məlumata görə, sözügedən cinayət hadisəsi 1999-2004-cü illərdə baş verib. O dövrdə avstriyalı mütəxəssis Vyanada həmin qızlara məşqçilik edirmiş.
Zərərçəkənlərin bu hadisə ilə əlaqədar yalnız 2013-cü ildə hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir. Bundan sonra polis müvafiq araşdırma aparıb və yekunda rəsmi ittiham irəli sürülüb.
İddia edilir ki, Zayzenbaxer qızlardan birini (11 yaşlı) 1999-cu ildə zorlayıb və bu cinayətini müxtəlif vaxtlarda 2002-ci ilə qədər davam etdirib. 2004-cü ildə isə onun bu dəfə 13 yaşlı başqa bir qızı zorladığı bildirilir. Bundan başqa, Zayzenbaxerin 2001-ci ildə Xorvatiyadakı təlim-məşq toplanışı zamanı 16 yaşlı idmançı qızı zorladığı da iddia edilir.
Əgər ittihamlar sübuta yetirilsə, 56 yaşlı mütəxxəssi 10 ilədək həbs cəzası gözləyir.
Zayzenbaxerin vəkili Bernhard Lexofer bildirib ki, ittihamın ağır olduğunu başa düşsələr də, məsələ ilə  bağlı şərh vermək istəmirlər. “Bu halda media-sirk başlayacaq. Zayzenbaxer hazırda Azərbaycandadır və Vyanaya gələrək məhkəmədə ifadə verəcək” – deyə o bildirib.
Qeyd edək ki, artıq məhkəmə prosesinə sədrlik edəcək hakim də bəllidir. Bu, Avstriyada sərt qərarları ilə tanınan Kristofer Bauerdir.
Qeyd edək ki, Zayzenbaxer 2012-ci ildə millimizin baş məşqçisi olub, 2014-ci ildə vəzifəsindən kənarlaşdırılıb. 2015-ci ildə o, yenidən Azərbaycana dəvət olunub və milliyə baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında Azərbaycan komandası Rio olimpiadasında 2 gümüş medal qazanıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın