Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Araşdırma / Çovdarov məhkəməyə xərəkdə gətirildi – Yenilənir

Çovdarov məhkəməyə xərəkdə gətirildi – Yenilənir

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırlıq iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Proses saat 11-ə təyin olunsa da, hələ də başlamayıb.

Səlim Məmmədovun vəkili Cavid Rzazadə bildirib ki, prosesdə fasilə elan olunub. Buna səbəb A.Çovdarovun məhkəməyə gətirilməməsi olub: “Akif Çovdarovun səhhəti ilə bağlı problemləri var. Hazırda təcridxanada bir neçə həkim onun müayinə və müalicəsi ilə məşğul olur. Mümkün olarsa, günortadan sonra Akif Çovdarov məhkəməyə gətiriləcək”.

Prosesdə bu gün saat 12:30-a qədər fasilə elan olunub.

***

Akif Çovdarov məhkəməyə gətirilib, proses başlayıb. Məhkəmə prosesində Akif Çovdarov xərəkdə uzanıqlı vəziyyətdə olub, zalda həkim nəzarəti altında saxlanılır. Məhkəmə davam edir.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın