Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Çovdarov dəyənəklə baş və boynuma zərbələr endirirdi…” –Zərərçəkən

“Çovdarov dəyənəklə baş və boynuma zərbələr endirirdi…” –Zərərçəkən

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Tofiq Rəcəbov digər zərərçəkmiş Elçin Hacıyevin epizodu üzrə ifadə verib. O bildirib ki, MTN əməkdaşları onları Nizami küçəsində saxlayıblar:

“Mən Elçinlə Həsən adlı şəxsə brilyant göstərməyə getmişdik. Bizi orada saxlayıb nazirliyə apardılar. Sonradan Elçin dedi ki, MTN əməkdaşlarına pul verib. Lakin mən onun pul verməsini görməmişdim. Bildirdiyinə görə, ondan 80 min manat alıblar. Mən onun pul verməsinə inanmadım və buna görə münasibətimiz pozuldu”.

A. Çovdarovun vəkilləri onun istintaq zamanı verdiyi ifadə ilə məhkəmə ifadəsi arasında ziddiyyətlər olduğunu deyiblər. Buna aydınlıq gətirən T. Rəcəbov deyib ki, istintaq zamanı ifadəsini oxumadan imzalayıb. T. Rəcəbov nazirlikdə hər hansı təzyiqə məruz qalmadığını, brilyantı Azərbaycana Arda adlı şəxsin gətirdiyini, özünün vasitəçi olduğunu deyib.

T. Rəcəbov iclasda heç bir tələbinin olmaması barədə ərizə yazıb.

Proses günün ikinci yarısında davam edəcək.

Prosesdə zərərçəkmiş şəxslərdən Qədim Ədilov ifadə verib.

O, bildirib ki, MTN əməkdaşlarından Səlim Məmmədova 300 min manat pul verib. Onun istintaq və məhkəmə zamanı ifadələri arasında ziddiyyət olduğu məlum olub. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edib.

O, bildirib ki, Səlim Məmmədovla 2014-cü il sentyabrın 7-də saat 18-19 radələrində görüşüb. S. Məmmədovun vəkili Cavid Rzazadə isə Dövlət Təhlükəsizlik Xidmətindən aldığı sorğunu təqdim edib. Həmin sorğuda S. Məmmədovun qeyd edilən saatda işdə olduğu göstərilib.

Qədim Əbilov istintaqa verdiyi ifadəsində MTN-də Çovdarovun onu döyüb təhqir etdiyini deyib:

“3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda oturmuşdu. Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boynuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub. Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim “Range Rover” avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki “Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.

Proses aprelin 19-da davam edəcək. (APA)

Həmçinin oxuyun

Bu il dünyadan köçmüş tanınmış simalar – ARAŞDIRMA

2024-cü ilin 3 aydan bir qədər çox hissəsini geridə qoyduq. Bu dövr cəmiyyətimiz üçün bir …

Bir cavab yazın