Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Coca-Cola Azərbaycan”ın 47 yaşlı rəhbəri harada və necə ölüb? – FOTOLAR

“Coca-Cola Azərbaycan”ın 47 yaşlı rəhbəri harada və necə ölüb? – FOTOLAR

Tanınmış iş adamı, “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becelin ölümü ilə bağlı bəzi detallar məlum olub. 

Musavat.com xəbər verir ki, hadisə “Port Baku Residence”də baş verib. 47 yaşlı Cem Becel dostları ilə birlikdə ora idmanla məşğul olmağa gedibmiş. Saat 22 radələrində Cem Becel qəfildən özünü pis hiss edib. Dərhal təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, türkiyəli iş adamının həyatını xilas etmək münkün olmayıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və rayon Prokurorluğunun işçiləri gəliblər. Meyit  Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə aparılıb. Cem Becelin infarktdan öldüyü deyilir.  Lakin şirkət direktorunun ölümünün dəqiq səbəbi aparılacaq tibbi ekspertizadan sonra məlum olacaq.

Qeyd edək ki, Cem Becel “Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi. Mərhum uzun müddət  basketbolla məşğul olub.

C.Becel 1969-cu ildə İstanbulda anadan olub. Subay idi.

 

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın