Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Araşdırma / Çempionu qəddarlıqla öldürən Allahverənovun yerini deyənə mükafat

Çempionu qəddarlıqla öldürən Allahverənovun yerini deyənə mükafat

Pauerliftinq üzrə dünya və Avropa çempionu, 32 yaşlı Andrey Draçovun ölümündə şübhəli bilinən azərbaycanlı qaydasız döyüş (MMA) ustası, 25 yaşlı Anar Allahverənovun yerini deyənə 500 min rubl mükafat vəd olunur.

Virtualaz.org xəbər verir ki, bununla bağlı Xabarovsk hüquq-mühafizə orqanları məlumat yayıblar. İdmançının yerini xəbər verən şəxslə bağlı məlumatların anonim saxlanılacağı bildirilir.

Qeyd edək ki, rus çempion avqustun 20-də öldürülüb. Məhkəmə-tibbi ekspertizanın gəldiyi nəticəyə əsasən, çempionun ölümünə sınmış burun sümüyünün qəlpələrinin beyninə sirayət etməsi olub.

Rusiya Federasiyası İstintaq Komitəsinin Xabarovsk diyar İdarəsi cinayət işinin aparıldığı maddəni dəyişib. Belə ki, əvvəlcə cinayət işi RF Cinayət Məcəlləsinin “ehtiyatsızlıqdan ölümə səbəb olan sağlamlığa bilərəkdən ağır zərərin yetirilməsi” maddəsi ilə açılmışdı. Bu maddə ilə Anar Allahverənovu ən uzağı 15 il müddətinə həbs cəzası gözləyirdi. Lakin bu gün həmin maddə dəyişdirilib. Hazırda cinayət işi “xuliqanlıqla qətlə yetirmə” maddəsi ilə aparılır ki, bu maddə üzrə 20 il müddətinə, yaxud ömürlük həbs cəzası nəzərdə tutulub.

 

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın