Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Çay evi” adı ilə fəaliyyət göstərən qumarxana aşkarlanıb

“Çay evi” adı ilə fəaliyyət göstərən qumarxana aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən çay evlərindən birində qumarxana aşkar edilib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarəyə daxil olmuş məlumat əsasında paytaxtın Binəqədi rayonu ərazisindəki “Samovar” çay evində qumar oyunları keçirilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə qumar oyunlarını təşkil edən və iştirakçı olan 5 nəfər saxlanılıb.
Baxış zamanı oradan “poker” oyun kartları, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi  aşkar olunaraq götürülüb.
Araşdırmalarla obyektin gündüzlər çay evi, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərməsi, həmçinin Ağcabədi rayon sakini Alxas Abbasovun Yevlax rayon sakini Fazil Səfərəliyevlə əlbir olaraq bir neçə aydır ki, orada belə qanunsuz fəaliyyətlə məşğul olmaları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın