Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Çaqqallar qadına hücum etdi – Video

Çaqqallar qadına hücum etdi – Video

Xaçmaz rayonun Niyazabad kənd sakini 77 yaşlı Qızbəs İmaməliyeva yırtıcıların hücumuna məruz qalıb.

“ Azinforum.az ” RTV (Region TV)-yə istinadən xəbər verir ki, günorta saatlarında həyətdə cücələri yemləyən qadına çaqqal sürüsünün hücum edib. Səs-küyə həyətə çıxan Qızbəs İmaməliyevanın gəlini dəhşətli mənzərənin şahidi olub.

Zərərçəkən təcili Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının üzərində bir saatdan çox əməliyyat aparılıb.

Ümumiyyətlə, son vaxtlar Xaçmaz rayonunda vəhşi heyvanların insana hücumu faktlarına tez-tez rast gəlinir. Bu il ərzində eyni diaqnozla Xaçmaz Rayon Mərkəzi Xəsətəxanasına bir neçə dəfə müraciət olunub.

Məlumat üçün bildirək ki, çaqqalların ilboyu ovlanmasına icazə verilir.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın