Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Cahangir Hacıyevlə bağlı məhkəmə

Cahangir Hacıyevlə bağlı məhkəmə

Bu gün Səbail rayon məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin Baş Prokurorluğun qərarının mübahisələndirilməsi ilə bağlı verdiyi müraciətə baxılıb.

Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
Vəkil bildirib ki, prosesə Baş Prokurorluqdan nümayəndə gəlmədiyi üçün məhkəmə iclası fevralın 19-na təxirə salınıb.

Xatırladaq ki, C.Hacıyev Baş Prokurorluğun qərarı ilə istintaq hərəkətləri ilə əlaqədar ötən il dekabrın 30-dan bu il yanvarın 21-dək saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb. C.Hacıyev isə qərarı mübahisələndirib və Səbail rayon Məhkəməsinə müraciət edib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın