Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Cahangir Hacıyevin səhhəti ağırlaşdı- məhkəməyə zorla gətirildi

Cahangir Hacıyevin səhhəti ağırlaşdı- məhkəməyə zorla gətirildi

Sabiq bankir Cahangir Hacıyev və onunla birlikdə həbs edilən şəxslər barələrindəki hökmdən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, onların Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin səhhətində problemlər yaranıb.

Sabiq bankir məhkəmədə bildirib ki, səhhəti prosesdə iştirak etməyə, danışmağa imkan vermir.

Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev Bakı Apellyasiya Məhkəməsinə məktub göndərərək, prosesin təxirə salınmasını istəyib.

F.Mehdiyev deyib ki, Cahangir Hacıyevin digər vəkili Aqil Layıcov mayın 10-da Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına getsə də, hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilməyib.

Vəkilə deyilib ki, Cahangir Hacıyevin səhhətində problem var, görüşə gələ bilmir. F.Mehdiyev bu üzdən məhkəmənin təxirə salınması üçün müraciət edib.

Amma məhkəmə prosesi keçirilib.

Prosesin davamında təqsirləndirilən şəxslərdən Beynəlxalq Bankın Nərimanov filialının rəhbəri olmuş, hazırda isə AFB bankın İdarə Heyətinin üzvü olan Məmməd Cahangirovun vəkili çıxış edərək, ona bəraət verilməsini istəyib.

Qeyd edəknki, Məmməd Cahangirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb. Amma o, bu cəzadan narazıdır və bəraət hökmünün çıxarılmasını istəyir.

Beynəlxalq Bank və onun tabeliyindəki qurumların mühafizəsini həyata keçirən “İntersecurity” şirkətinin rəhbəri, 7 il azadlıqdan məhrum edilmiş İbrahim Hüseynovun vəkili də məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

Vəkil deyib ki, İbrahim Hüseynovun Cahangir Hacıyev və digərləri ilə birlikdə mütəşəkkil dəstə yaratması haqda ittihamlar əsassızdır.

Cahangir Hacıyevin vəkilləri məhkəmənin təxirə salınması üçün məhkəməyə növbəti dəfə müraciət ediblər.

C.Hacıyev deyib ki, bu gün sağlıq durumuna görə məhkəməyə gələ bilmirdi. Amma istintaq təcridxanasının rəis müavini onun məhkəməyə getməsini istəyib və bundan sonra o, məhkəməyə gətirilib.

Daha sonra hakim Cahangir Hacıyevin istəyini nəzərə alıb və məhkəmə mayın 18-nə qədər təxirə salınıb.

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Xatırladaq ki, C.Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, bankın Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov 7 il 6 ay, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın