Ana səhifə / Araşdırma / Cahangir Hacıyevin məhkəməsində xəncər müəmması – Şahid danışdı

Cahangir Hacıyevin məhkəməsində xəncər müəmması – Şahid danışdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo“nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə baxış iclası davam etdirilib.

Prosesdə şahid qismində tanınan şəxslər ifadə verib.

Vəkil Fəxrəddin Mehdiyev deyib ki, C.Hacıyev indiyə qədər qeyd aparılan məhkəmə protokolları ilə tanış olmaq istəyir.

Hakim bildirib ki, hazırda bu mümkün deyil: “Məhkəmə prosesi tamamlandıqdan sonrakı 3 gün ərzində tərəflərə təqdim olunacaq. Həmin vaxt tanış ola bilərsiz”.

Şahid Emma Həsənova deyib ki, təqsirləndirilən Azad Cavadovun keşmiş arvadının anasıdır: “Azadın xahişi ilə kredit müqaviləsini imzaladım, amma pul almadım”.

Bankın Səbail filialının müdiri Ehtiram Əliyev ifadə verib, kreditlərin ayrılması mexanizmi barədə danışıb.

A.Cavadovun keçmiş arvadının qardaşı Ələkbər Həsənov deyib ki, ad günündə ona xəncər hədiyyə edi: “O xəncəri “28 May” metrostansiyasının yaxınlığında yerləşən mağazalardan birindən alıb”.

Xaytırladaq ki, ittiham aktında A.Cavadova həmin xəncərə görə Cinayət Məcəlləsinin 228.4-cü (soyuq silah saxlama) maddəsi ilə cinayət işi açılıb.

Bankın Sabunçu filialının müdir müavini Niyaz Kərimzadə rəhbərlik işdə olmadığı vaxt bir kreditin ayrılmasına razılıq verdiyini deyib.

Digər 6 şahid prosesə qatılmadığı üçün onlar barəsində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmə prosesi sentyabrın 14-də davam etdiriləcək.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın