Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Araşdırma / Cahangir Hacıyevin işi məhkəməyə göndərildi – RƏSMİ

Cahangir Hacıyevin işi məhkəməyə göndərildi – RƏSMİ

Beynəlxalq Bank ASC-nin sabiq rəhbəri Cahangir Hacıyevlə bağlı yeni məlumat yayılıb. Bununla bağlı musavat.com-a cinayət təqibini həyata keçirən istintaq qrupundan məlumat daxil olub. Məlumatda deyilir:

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 19 iyul 2016-cı il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir”.

Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci ilin mart ayında işdən azad edilib. 2015-ci ilin dekabrında isə barəsində həbs-qətimkan tədbiri seçilib. Onun rəhbərlik etdiyi bankdan küllü miqdarda pulları qanunsuz yollarla mənimsədiyinə dair istintaqda faktlar var.

C.Hacıyev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır. E.Mahmudov vəzifədən çıxarıldıqdan az sonra C.Hacıyev həbs edildi.

C.Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva da “Beynəlxalq Bank işi” üzrə istintaqa cəlb olunub. Lakin onun ölkədən qaçdığı, hazırda Böyük Britaniyada olduğu bildirilir. Bu haqda ötən ay mətbuatda məlumat gedib.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın