Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Cahangir Hacıyev yenidən “Bandotdel”ə köçürüldü

Cahangir Hacıyev yenidən “Bandotdel”ə köçürüldü

Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasından köçürülüb. 
Bu barədə Cahangir Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
Vəkil bildirib ki, C.Hacıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb: “Cahangir Hacıyev ötən il dekabrın 30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib və hələ də orada saxlanılır. Məlumata görə, Cahangir Hacıyevi istintaq hərəkətləri ilə əlaqədar ora aparıblar və 10 gün orada saxlanılacaq”.
Sonuncu dəfə yanvarın 5-də C.Hacıyevlə görüşdüyünü deyən vəkil bildirib ki, müvəkkilinin saxlanma şəraitindən və səhhətindən narazılığı yoxdur: ” Dərmanları vaxtında alır. Lakin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülən gündən onun telefonla danışığına və azuqə qəbuluna qadağa qoyulub”.
Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın