Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “Cahangir Hacıyev milyardları tək öz ailəsi, bacı-qardaşları ilə yeyə bilməzdi”

“Cahangir Hacıyev milyardları tək öz ailəsi, bacı-qardaşları ilə yeyə bilməzdi”

Bu gün də “yıxılana balta vurmaq kişilikdən deyil” prinsipini bölüşürəm. Son zamanlar Cahangir Hacıyev və Akif Çovdarovla bağlı yazılarımı prinsiplərimi dəyişmək kimi başa düşməyin. Əminəm ki, C.Hacıyevin və A.Çovdarovun yanında oturası, ancaq bu gün əmr sahibi olan çoxları var və onlar heç də adı çəkilənlərdən az təhlükəli deyillər.
Sadəcə, C.Hacıyev, A.Çovdarov susduğundan onlar bu gün də bizə zülm edirlər, özlərini bu məmləkətin ağası kimi aparırlar. Məhz buna görə C.Hacıyevə, A.Çovdarova, onların taladıqları hesabına təm-təraqlı həyat sürənlərə, bu gün onlardan mələk düzəltmək istəyənlərə elə münasibət göstərməliyik ki, bunlar bizləri avam yerinə qoymasınlar. C.Hacıyev, A.Çovdarov və onların əlaltıları bu gün məhz öz şəriklərini şantaj edirlər ki, “danışa bilərik, ancaq danışmırıq, bizə kömək edin”. C.Hacıyevin “qızımın adını yazan müstəntiqlərin cəsarəti varsa digərilərinin də adlarını yazsınlar”, A.Çovdarovun “agent şəbəkəsini açaram” demələri çox primitiv bir şantaj yoludur. Bu primitiv şantaja uyanlar üçün deyirəm, mən də gözəl bilirəm ki, milyardları C.Hacıyev tək öz ailəsi, bacı-qardaşları, qohum əqrəbası, dost-tanışları ilə yeyə bilməzdi. A.Çovdarovun isə dövlət təhlükəsizliyinə heç bir aidiyyatı yoxdur və olmayıb. Onun dediyi agentura şəbəkəsi, reketlik etməkdə yardımçıları olan, uzaqbaşı müxalif fikirlərə torba tikməkdə kömək edən, ifadəyə görə üzr istəyirəm, “sukalar”ı olub.
Buna görə əgər avam deyiliksə bu milləti, dövləti bu rəzil günə salanların ifşa edilməsi üçün C.Hacıyeva, A.Çovdarova, onlardan mələk düzəltmək istəyənlərə elə münasibət göstərilməlidir ki, ayaqlarının altında torpaq yansın, hər yerdə nifrət, qəzəb görsünlər, nəticədə şəriklərinin adlarını çəksinlər. Bu cür etməsək biz hələ çox illər “hacı məmmədov”, “akif çovdarov”, “cahangir hacıyev” nağılları ilə özümüzü, balalarımızı, nəhayət millətimizi və dövlətimizi məhv edəcəyik. Bir vaxtlar ən yüksək vəzifələrdən həbsxanalara atılmışlara, müdafiələri üçün mənə müraciət edəndə dediklərimi bü gün də təkrarlayıram: ”ifadələrinizdə səmimi olun, baş vermişləri olduğu kimi deyin sizin qanuni hüquqlarınızı həm ölkə daxilində, həm də xaricində var gücümlə qoruyum”.
Yeri gəlmişkən, həm ölkə daxilində, həm də xaricində insan haqları ilə məşğul olanlara da müraciət edirəm. Bu gün adları çəkilənləri müdafiə etməyin, onları, bizdən oğurlanmış milyonlar hesabına xaricdə müdafiə kampaniyası başlayanlara da bildirin ki, bunların müdafiəsinə qalxanları Azərbaycanda korrupsionerlərə dəstək verənlər kimi qəbul edirlər.
P.S. Bilirəm ki, hər kəsin müdafiə hüququ var. Ancaq hesab edirəm ki, bu tiplərin bu hərəkətlərində müdafiə olunması korrupsionerlərə dəstəkdir.
moderator.az

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın