Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Cahangir Hacıyev gətirildi – Məhkəmə başladı +yenilənir

Cahangir Hacıyev gətirildi – Məhkəmə başladı +yenilənir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Qafqazinfo“nun verdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edəcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən 3-ü Beynəlxalq Bankın Mərkəzi filialının direktorları olmuş İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynovdur.

Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-c ü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

***

“Qafqazinfo”nun prosesi işıqlandırmaq üçün hadisə yerində olan əməkdaşının məlumatına görə, proses hələ başlamasa da, Cahangir Hacıyev artıq məhkəməyə gətirilib.

***

Məhkəmə başladı.

***

Prosesdə Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva da iştirak edir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın