Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Cahangir Hacıyev ev dustağı olmaq istəyir

Cahangir Hacıyev ev dustağı olmaq istəyir

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti üzrə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan apelyasiya şikayəti verilib.

Bu barədə “Report”a keçmiş bankirin vəkili Aqil Layicov bildirib.

O, ərizənin Bakı Apelyasiya Məhkəməsinə təqdim edildiyini deyib.

Qeyd edək ki, dekabrın 12-də Nərimanov Rayon Məhkəməsində C.Hacıyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Həmin qərarın ləğv olunması barədə apelyasiya şikayəti verilib. Lakin Bakı Apelyasiya Məhkəməsində apelyasiya şikayəti təmin edilməyib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın