Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Cahangir Hacıyev əfv üçün müraciət etdi

Cahangir Hacıyev əfv üçün müraciət etdi

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev əfv olunması üçün ərizə yazıb.
Azinforum.az xəbər verir ki, “Yeni Müsavat”ın yaydığı məlumata görə, sabiq bankir səhhəti ilə əlaqədar əfv edilməsini istəyir.
C.Hacıyevin vəkili Aqil Layıcov isə bildirib ki, müvəkkilinin əfv olunması üçün ərizə yazması haqda məlumatı yoxdur: “Türkiyədəyəm, sonuncu dəfə həftənin 1-ci günü Bakı İstintaq Təcridxanasında görüşmüşük. Səhhəti əvvəl olduğu kimidir. Əfv məsələsi onun şəxsi işidir, mənim bu haqda məlumatım yoxdur. Əfvlə bağlı aramızda müzakirə olmayıb”.
A.Layıcov müvəkkilinin hazırkı mərhələdə əfv oluna biləcəyini də istisna etmədi: “Şəxsin əfv olunması məhkəmənin istənilən mərhələsində ola bilər. Qanun bunu qadağan etmir”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın