Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Cabir Həsənovun qətli: təşkilatçı tutuldu, killer axtarışa verildi

Cabir Həsənovun qətli: təşkilatçı tutuldu, killer axtarışa verildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis bu ilin aprelində güllələnən azərbaycanlı kriminal avtoritet Cabir Həsənovun qətlinin təşkilatçısını tutub, killerin isə kimliyi müəyyən edilərək axtarışa verilib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib.

Virtualaz.org xəbər verir ki, qətlin təşkilatçısı 1975-ci ildə anadan olub, azərbaycanlıdır. Lakin onun kimliyi açıqlanmır. Qətli həyata keçirən killer isə 1994-cü ildə anadan olub, barəsində axtarış elan edilib.

Cabir Həsənov bu il aprelin 28-də Sankt-Peterburqun Lenin prospektində, yaşadığı binanın qarşısında güllələnib. Killer hadisə yerindən bamperi zədələnmiş qara “İnfiniti” avtomobili ilə qaçıb. C.Həsənov 2016-cı ilin dekabrında İstanbulda “Rafiq Masallinski” ləqəbli “avtoritet” Rafiq Eyvazovu döyənlərdən və qulağını kəsənlərdən biridir. Habelə onun “Rövşən Lənkəranski”nin qətlində əlinin olduğu təxmin edilir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın