Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Cəriməsi səhvən türkiyəli qadına gedən “Range Rover”in sahibi danışdı – Fotolar

Cəriməsi səhvən türkiyəli qadına gedən “Range Rover”in sahibi danışdı – Fotolar

Xəbər verdiyimiz kimi, Türkiyədə 10 EE 111 Azərbaycan seriyalı avtomobilə yazılmalı olan cərimə səhvən eyni seriyalı traktoru idarə edən Emine Tüzünə yazılıb. Mediada sözügedən hadisə ilə bağlı məlumat yayıldıqdan sonra Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Nəticədə məlum olub ki, cərimələnməli olan nəqliyyat vasitəsi 10 EE 111 Azərbaycan qeydiyyat nömrə nişanlı avtomobildir.

Həm avtomobilin, həm də traktorun nömrə nişanı eyni olduğundan cərimə səhvən qadına kəsilib. Daha sonra həmin cərimə ləğv olunub.

Yol hərəkəti qaydalarını pozan şəxsin Binəqədi rayon sakini Eldəniz Həsənov olduğu, əvvəllər 10 EE 111 dövlət nömrə nişanının “Range Rover” markalı avtomobildə olduğu, hazırda isə “BMW 430” markalı avtomobildə istifadə edildiyi bəlli olub.

“Qafqazinfo” sözügedən avtomobilin sahibi Eldəniz Həsənovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında problemin kameranın cəriməni yanlış şəxsə göndərməsindən qaynaqlandığını bildirib:

“Mən Türkiyədə həmişə Azərbaycan nömrəsi ilə avtomobil idarə etmişəm. Sadəcə məlumatı şişirdiblər. Mənə cərimə gələndə heç vaxt saxlamıram, ödəyirəm. Çünki maşını belə sürməyə icazə vermirlər. Türkiyə saytları reytinq üçün bunu xəbər ediblər. Bu, Türkiyə polisinin səhvi deyil. Çox güman ki, şəhər kameralarının səhvidir. Yəqin ki, mən qaydanı pozanda kamera avtomatik olaraq mənim nömrəmi çəkib eyni nömrəli Türkiyə nömrəsinə göndərib. Bir sözlə, kameranın problemidir”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …