Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Cəlilabadda ayağı amputasiya edilmiş kişi özünü güllələyib

Cəlilabadda ayağı amputasiya edilmiş kişi özünü güllələyib

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, rayonun Alar kənd sakini, 1958-ci il təvəllüdlü Təvəkkül Quliyev tapança ilə özünü güllələyərək intihar edib.

“Report”un əldə etdiyi məlumata görə, T.Quliyev şəkər xəstəsi imiş. Bir müddət əvvəl onun ayaqlarından biri amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın