Ana səhifə / Araşdırma / Cəlilabadda partlayış baş verdi, 73 yaşlı kişi yanaraq öldü

Cəlilabadda partlayış baş verdi, 73 yaşlı kişi yanaraq öldü

Cəlilabad rayon sakini faciəli şəkildə ölüb.

Cəlilabad rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Evin hamamında qaz sızmasından partlayış baş verib.

Nəticədə, yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B.Mirzəyev bu gün xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır. (APA)

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın