Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Cəlilabadda dəhşətli qəza: 6 yaralı

Cəlilabadda dəhşətli qəza: 6 yaralı

Cəlilabadda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

ARB TV xəbər verir ki, hadisə Ələt-Astara magistralının 135-ci km-də, rayonun Alar Qarazəncir kəndindən keçən hissəsində baş verib.

İki “VAZ 21-06” markalı avtomobilin toqquşması nəticəsində sürücülər də daxil olmaqla 6 nəfər rayon sakini – Mətləb Zeynalov, Aşur Amanov, Təranə Niftiyeva, Zahid Həsənov, Hicran Həsənova, Nicat Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağır olaraq qalır. Qəzaya avtomobillərdən birinin idarəetmədən çıxmasının səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın