Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Cəlilabadda bacısının əri ilə qoşulub qaçan qızdan XƏBƏR VAR – ölkədən çıxışına qadağa qoyuldu

Cəlilabadda bacısının əri ilə qoşulub qaçan qızdan XƏBƏR VAR – ölkədən çıxışına qadağa qoyuldu

Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın və onun qoşulub qaçdığı bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlunun barəsində axtarış elan olunub.

Bu barədə Trend-ə Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hər iki şəxsin ölkədən çıxışına qadağa qoyulub. 15 yaşlı A.Nağıyevanın tapılması üçün Cəlilabad rayon PoLis Şöbəsində yaradılan əməliyyat qrupu axtarışla bağlı Bakının Qaradağ rayonunun Buta qəsəbəsi və Cəlilabadın ucqar kəndlərində əməliyyat keçirib: “Bununla bağlı Bakıda Buta qəsəbəsində, oğlanın işlədiyi daş karxanalarında əməliyyat-axtarış tədbirləri keçirilsə də, heç bir nəticə olmayıb. Cəlilabad rayonunun İranla sərhəd ərazilərində yerləşən kəndlərdə də axtarı. aparılıb, həmin şəxslərin gizlənməsi ehtimal edilən ev və obyektlərə baxış keçirilib. Hazırda qızın qaçırılması ilə bağlı axtarışlar davam etdirilir”.

Qeyd edək ki, A.Nağıyevanın Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı məlum olub. Bir neçə gün öncə kənd sakinlərindən bir nəfər Ə.Məmmədovu həmin qəsəbədə görüb və bu barədə polisə məlumat verib.

A.Nağıyevanı qaçıran şəxs Qaradağ rayonundakı daş karxanalarından birində fəhlə işləyib və həmin şəxs itkin düşən A.Nağıyevanın bacısının həyat yoldaşıdır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın